AvtoVAZ şirkəti Lada Xray Cross modelinin gənclərə ünvanlanmış yeni versiyasını təqdim etməyə hazırlaşır. Yeni modifikasiyasının Black adlanacağı ehtimal olunur. Bu barədə "Rossiyskaya qazeta" xəbər verib.

Qəzetin yazdığına görə, Xray Cross Black modelinin bir neçə nüsxəsi iyul ayının sonunda AvtoVAZ şirkətinin əsas konveyer xəttindən çıxıb. Bu avtomobillər 113 at qüvvəli 1,6-litrlik Renault H4Mk mühərriki və Jatco JF015E variatoru ilə təchiz olunub. Black indeksinə baxmayaraq, istehsal edilmiş avtomobillər ağ rəngə boyanmış kuzova, qara rəngli dama və güzgü gövdələrinə malikdirlər. Avtomobil xüsusi seriyaya aid olmasına baqaj qapağındakı "Black" emblemi işarə edir. Hetçbeklərin salonu da qara rəngdə tərtibata malikdirlər. Buraya dayaqların və tavanın üzlənməsi də daxildir.

Lada Xray Cross Black modelinin yaxın bir neçə ay ərzində dilerlərə çatdırılacağı gözlənilir. "Qara" versiyanın qiymət hələlik açıqlanmayıb.