Lamborghini şirkəti keçən il əldə etdiyi satış rəqəmlərini açıqlayıb. Bu rəqəmlərdən göründüyü kimi, italyan markasının Urus krossoverinə bəslədiyi ümidlər tamamilə özünü doğruldub. Dümya üzrə Lamborghini şirkəti 8205 avtomobil satıb ki, bu da 2018-ci ildə olduğundan 43% çoxdur.

Satışların əksər hissəsi Amerika Birləşmiş Ştatlarının payına düşüb – Lamborghini bu bazarda 2374 avtomobil satmağa nail olub. Bundan başqa, Lamborghini avtomobilləri Çin, Honq-Konqda, Böyük Britaniyada, Almaniyada, Yaxın Şərq və Kanadada da yaxşı tələbata malik olublar.

Belə yaxşı xəbər fonunda Lamborghini şikəti mart ayında Cenevrədə keçiriləcək avtosalonda iştirak etməyəcəyini bildirib. Xatırladaq ki, bu günlərdə bənzər bəyanatla Audi şirkəti çıxış edib, amma alman markasə Nyu York avtosalonunda iştirakdan imtina edib.

İtalyan markası rəsmi olaraq yeni modellərin jurnalist və müştərilərə təqdim edilməsi üçün xüsusi tədbirləri keçirəcəyini bildirib. Bununla belə, Sant-Aqata-Bolonyezedə hansı modeli hazırladığıqlarını bildirməyiblər. Şirkətdən yalnız italyan markasının  model xəttində olan avtomobillərin gec və ya tez hibrid versiyalarını əldə edəcəklərini bildiriblər.