Lamborghini şirkəti Urus krossoverinin ekstremal variantı üzərində çalışmalara başlayıb. Belə krossover Lamborghini ST-X adlı trek modeli konseptinin əsasında inşa ediləcəkdir. Gələn ildən ST-X firma monokubokunda iştirak etməlidir.

Ekstremal Lamborghini Urus modelinin hazırlandığı barədə məlumatı “Digital Trend” nəşrinə müsahibə verən Lamborghini şirkətinin texniki direktoru Maurizio Reciani söyləyib. O, ekstremal modifikasiyanın hazırlanması ilə məşğul olan mühəndislərin ST-X konseptinin yaradılması zamanı əldə olunmuş təcrübədən istifadə etdiklərini də təsdiqləyib. Çox güman ki, söhbət çəkinin azaldılmasından və kuzovun sərtliyinin artırılmasından gedir.

Image alt Image alt Image alt

Lamborghini ST-X yarış modelini keçən il təqdim ediblər. Seriya krossoverinin bazasında inşa edilmiş modelin üzərindən trekdə lazımsız olan bütün avadanlıqlar və səs izolyasiyasının böyük hissəsi çıxarılıbdır. Nəticədə, çəkinin 25% azaldılmasına nail olunub. Krossoverin mühərrik və transmissiyası isə dəyişilməz qalıb.