Lamborghini şirkəti atmosfer mühərriki ilə təchiz edilmiş sonuncu superkarlarını - Invencible kupesini və Auténtica rodsterini təqdim edib. Hər iki superkar eksteryer və interyerin unikal dizaynını, 780 at qüvvəli 6,5-litrlik V12 mühərrikini, robotlaşdırılmış transmissiyanı, tam ötürmə sistemini və tam idarə olunan şassini əldə ediblər. Superkarlar xüsusi sifarişlə inşa olunublar, yəni onları satın almaq artıq mümkün deyil. Avtomobillərin qiyməti açıqlanmır.

Direzione Cor Tauri planına əsasən, Lamborghini 2023-cü ilin sonuna qədər ilk kütləvi hibrid superkarını təqdim etməlidir. Bu isə o deməkdir ki, V12 atmosfer mühərrikləri tarixin arxivinə göndərilir və ona görə də italyan istehsalçısı onlarla sakitcə vidalaşmaq qərarına gəlib. Beləliklə, belə növ mühərrik ilə təchiz edilmiş sonuncu Lamborghini modeli Aventador LP 780-4 Ultimae superkarı deyil, eksklüziv Invencible (“Məğlubedilməz”) və Auténtica (“Həqiqi”) superkarları olacaqlar.

Kupe və rodster Aventador modelinin karbon monokokunu, habelə 780 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edən 6,5-litrlik V12 atmosfer mühərrikini alıb. Güc qurğusu ISR "robotu" və tam ötürmə sistemi ilə tandemdə çalışır. Superkarlar Sesto Elemento, Reventón və Veneno kimi modellərdən ilham alınaraq yaradılmış kompozit kuzova və Lamborghini Dynamic Steering sükan idarəetməsinə malikdirlər.

Invencible və Auténtica avtoidman dünyasından götürülmüş dizayn və texnologiyanın qarışığından ibarət olan ən yaxşı həlləri alıblar. Məsələn, superkarların kapotu və ön hissəndəki aerodinamik elementlər guya Essenza SCV12 modelinə istinaddır. Firma altıbucaqlılar-geksaqonlar hər yerdə var. Üç çıxış borusu olan buraxılış sistemi xüsusi aerokosmik ərintidən hazırlanır. Çıxış borularının ucluqları üçün isə, istiliyədavamlı inokeldən istifadə olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeniliklərin interyeri sadə olsa da, dəbdəbədən məhrum edilməyib. Maraqlı detallar arasında hər iki superkar ümün müxtəlif qrafikaya malik olan rəqəmsal cihazlar paneli, “boş” mərkəzi konsol və 3D printerdə çap edilmiş havalandırma sisteminin deflektorlarının dekorativ çərçivələri var. İnteryer tərtibatı üçün karbondan, üzlük üçün isə əsl dəri və alkantaradan istifadə olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Prinsipcə, İnvencible kupesi və Auténtica rodsteri həmçinin mümkün fərdiləşdirmə proqramının və Lamborghini Centro Stile studiyasının peşəkarlığının nümayişidir. Avtomobillərin xüsusi sifarişlə inşa edildiyini güman etmək olar. Təsadüfi deyil ki, italyan istehsalçısı müştərilərin unikal superkarların yaradılması prosesinə ilkin mərhələdə qoşulduqlarını bildirib. Adətən belə fərdi layihələrin qiyməti açıqlanmır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.