Lego üzrə sertifikatlaşdırılmış mütəxəssis Rayan «Brikman» Maknot konstruktordan yeni nəsil Toyota Camry modelinin dəqiq surətini yığıb. Sedanın miqyaslı modelinin çəkisi iki ton olub. Modelin yığılmasına iki ay vaxt sərf edilib.

Yığılma Toyota Camry modeli 500 min detaldan ibarətdir. Onun gərək olan loqotip və emblemləri, işləyən ön və arxa fənərləri, dönmə işıqları da mövcuddur.

Avtomobilin yığılmasımna 900 saat sərd edilib ki, bu da Toyota şirkətinin, panellərin ştamplanması, qaynaq edilməsi, kuzovun rəngləməsi, yığılması və son nəzarət də daxil olmaqla bir Camry modelinin buraxılmasına istifadə etdiyi müddətdən 40 dəfə çoxdur.

Toyota Camry modelinin tam ölçülü surəti Maknotun Melburn muzeyindəki Brickman Awesome qalereyasında bu ilin aprel ayının sonuna qədər nümayiş etdiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt