Lexus şirkəti “bərkgedən” IS 500 F Sport Performance sedanını təqdim edib. “Bərkgedən” sedan, F Sport paketi ilə təchiz edilmiş adi dördüncü nəsil IS modelindən aerodinamik kuzov dəsti, təkmilləşdirilmiş şassisi, kapotun altında yerləşən 5,0-litrlik V8 mühərriki, genişləndirilmiş opsiyalar dəsti və daxili dekoru ilə fərqlənir.

Lexus IS 500 F Sport Performance modelini digər IS modellərdən ayırd etmək üçün səsboğucu sistemin çıxış borularına baxmaq kifayətdir: IS 500 modeli iki cütlənmiş iri ölçülü xrom boruya malikdir və bu borular əvvəlki IS F sedanında və cari RC F kupesində olduğu kimi diaqonal üzrə yerləşdirilib.

“Bərkgedən” sedana daha diqqətlə baxdıqda. 51 millimetr hündür olan çıxıntılı kapotu və genişlənmiş ön qanadları görmək olar. Daha bir xarakterik element - 10 cütlənmiş milləri olan xüsusi yüngülləşdirilmiş19 düymlük Enkei təkər diskləridir.

Lexus IS 500 modelu F Sport Performance xəttinin ilk üzvüdür. Yapon şirkəti idman xarakterli “qaynar” avtomobillərin bütöv bir çeşidini buraxmaq niyyətindədir.

“Bərkgedən” sedanın kapotunun altında 5,0-litrlik 2UR-GSE mühərriki yerləşir. IS 500 F Performance modelində bu aqreqat 479 at qüvvəsi və 535 Nm fırlanma anı hasil edir. Transmissiya - alternativsiz 8-pilləli “avtomat”dır. Ötürmə - arxa oxadır. Yeni model 60 mil/saat (97 km/saat) həddinə 4,5 saniyəyə sürətlənr.

Lexus mühəndisləri IS 500 F Performance modelinin fərqlərinin yalnız kuzov dəsti, dekor və güclü mühərriklə məhdudlaşmadığını vurğulayırlar. “Bərkgedən” sedanda ölçüləri böyüdülmüş əyləc diskləri və əlavə arxa Yamaha dampferi quraşdırılıb. Bundan başqa, əyləclərin soyudulması yaxşılaşdırılıb, arxa asqının sərtliyi artırılıb.

Adaptiv şassi və məhdud sürtünməsli mexaniki Torsen differensialı standart avadanlıq siyahısına daxildir. Lexus IS 500 F Performance modelinin boş ağırlığı 1765 kiloqramdır, yəni V8 mühərriki ilə təchiz edilən versiya V6 mühərriki olan sedandan yalnız 65 kiloqram ağırdır.

Salon tərtibatına gəldikdə isə, “bərkgedən” sedanın interyeri F Sport paketi ilə təchiz edilmiş adi Lexus IS sedanından demək olar ki, fərqlənmir - IS 500 F Sport Performance yalnız cihazlar panelinin qrafikası və dekoru ilə seçilir. Qalan fərqlər genişləndirilmiş opsiyalar siyahısından ibarətdir: IS 500 F Sport Performance qızdırılan sükan çarxı, alüminium örtməli pedallar, 10,3-düymlük sensorlu ekranı olan multimedia sistemi və Lexus Safety System + sürücü köməkçiləri kompleksi ilə təchiz edilə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lexus IS 500 F Sport Performance modeli ABŞ-da 2021-ci ilin payızında satılmağa başlayacaqdır. Opsiyalar və qiymətlər satışların başlanmasına yaxın açıqlanacaqdırlar. “Bərkgedən” sedan Avropada təklif edilməyəcəkdir.

İlin sonuna qədər Lexus ən azı iki “bərkgedən” modeli - tam ölçülü LS F sedanını və LC F kupesini təqdim etməyi planlaşdırır Çox güman ki, hər iki model 600 at qüvvəsinə sahib olan yeni V8 turbomühərrikini alacaqdır.