Deyəsən Mercedes-Benz şirkətinin xüsusi yaxtaların hazırlanmasında iştirakı Lexus şirkətinin rəhbərliyinin diqqətindən yayınmamışdır. Alman rəqiblərinə layiqili cavab hazırlamaq tapşırığı birbaşa Toyota konserninin başçısı Akiyo Toyodadan gəlmişdir.

Konsernin bu sahədə fəaliyyət göstərən Marine Department şirkətinin Ponam premium yaxtaları xətti ilə tanış olan Toyoda onları dizel mühərriklərinin gücündən və kayutaların tərtibatından valeh olmuşdur.

Bundan sonra o, Lexus markasının imicini artıracaq yaxtanın buraxılması ideyasını irəli sürmüşdür. Beləliklə, Mayamidə keçirilən xüsusi tədbirdə, yapon şirkəti Lexus LC 500 sportkarından alınmış iki səkkiz silindrli mühərriklə təchiz edilmiş 12,7 metrlik Lexus Sport Yacht konseptini nümayiş etdirmişdir. Yaxtanın əsasını karbondan hazırlanmış konstruksiya təşkil edir. Yardıcıların sözlərinə görə, karbon seçiminin qayığın çəkisini karbon lifi ilə gücləndirilmiş platsikdən hazırlanmış bənzərinə nisbətən min kiloqram azaltmağa imkan vermişdir.

Bununla belə, yaponlar qayığın çəkisini açıqlamamışdırlar.

Yaxtanın qabarit uzunluğu 12,7 metr, eni isə 3,85 metrdir. Lexus Sport Yacht qayığı səkkiz nəfəri qəbul etmək imkanına malikdir. Lexus GS F sedanı və RC F kupesindən yanış olan iki 477 at qüvvəli atmosfer tipli V8 mühərrikləri qayığa 49 dəniz mili (79 km/saat) sürəti ilə hərəkət etmək imkanı verir. Qayıq quraşdırılmış taçskrin displeyi olan şturval vasitəsi ilə idarə edilir.

Kapitanın önündə lazım olan məlumatı almaq üçün daha bir iri displey mövcuddur. Kapitanın oturacağı elektik tənzimlənməsi ilə təchiz edilmişdir. Konseptin təchizatına soyuducu, duş kabinası, 4G LTE şəbəkəsini dəstəkləyən multimedia sistemi və Mark Levinson premum səs sistemi daxil edilmişdir. Qayığın seriya şəklində istehsal ediləcəyi təsdiq edilməmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt