Lexus şirkəti Adidas markası ilə birlikdə RX krossoverinin “Black Panther: Wakanda Forever” (“Qara Pantera: Vakanda əbədi”) filmindən ilham alınaraq yaradılmış unikal versiyasını təqdim edib. Vibe-Branium adlanan avtomobil Marvel kainatındakı xəyali Afrika ölkəsi olan Vakandanın ruhunda tərtibata malikdir. Lexus RX modelinin kuzovu qızılı vurğuları olan qara fonda çəkilmiş çoxsaylı bənövşəyi zolaqlardan hörmələri, habelə Vakandan dilinə tərcümə edilmiş nişanları alıb.

Krossoverin tərtibatı üzərində Adidas School of Experiential Design Education (S.E.E.D.) məktəbinin və Lexus Calty Center mərkəzinin rəssamları işləyiblər. Onların vəzifəsi Vakanda idman komandasının geyim dəstinin necə görünəcəyini göstərmək olub. Krossover isə, Vakanda milli dizaynı mövzusunda olan başqa bir fantaziyaya çevrilib.

Lexus RX modelinin kapotunda üçbucaq şəklindəki qızılı stikerləri görmək olar - bu, Qara Panteranın boyunbağısına işarədir. Bununla belə, çalışmalar eksteryerin bəzədilməsi ilə məhdudlaşmayıb. İnteryer materialları da yenidən işlənib: bənövşəyi oturacaqlar, qapı kartları və sükan çarxı da eksteryerdə tətbiq edilmiş naxışlarla örtülüb.

Lexus loqotipi həkk edilmiş baş dayaqlarının örtmələri 3D çap texnologiyasından istifadə edilməklə, karbon materialdan çap olunub: Adidas markası bu yolla 4Dfwd idman ayaqqabılarının altlıqlarını hazırlayır. Mərkəzi konsol lazerlə oyulmuş naxışı olan ağacla işlənib, məlumat-əyləncə kompleksinin ekranında isə Lexus sözü uydurma Vakanda əlifbası ilə yazılıb.

Şou avtomobilinin Vibe-Branium adına gəlincə, bu, Vakandada tapılan və Marvel dünyasındakı ən davamlı materiallarından biri olan vibraniuma işarədir. Onun simvolu krossover ilə birlikdə hazırlanmış məhdud saylı köynəklərin kürək hissəsinə vurulur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Vibe-Branium versiyasının əsaslandığı Lexus RX 500h F Sport krossoveri 371 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən hibrid güc aqreqatı ilə təchiz edilir. Tam idarələnən şassiyə malik olan krossover100 km/saat həddinə sürətlənməyə altı saniyə vaxt sərf edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.