Lexus Enthusiast nəşrinin bildirdiyinə görə, Lexus şirkəti RZ 450e əmtəə nişanını qeydiyyata alıb. Yeni indeks mövcud olan müasir adlandırma prinsiplərinə əsasən tərtib edilsə də, lakin hansı model üçün nəzərdə tutulduğu hələ də sirr olaraq qalır.

Bununla belə, müəyyən fərziyyələr yürütmək mümkündür. Lexus şirkəti artıq Çin, Yaponiya və Avropada satılacaq UX 300e elektrik krossoverinə sahibdir. Bundan əlavə, bu yaxınlarda şirkət dörd elektrik mühərrikinə və "qağayı qanadı" qapılarına malik olan futuristik LF-30 (şəkildəki) konseptini nümayiş etdirib.

Bu konseptin seriyaya getmək ehtimalı sıfıra bərabərdir, lakin Lexus bu yolla elektromobil xəttini genişlətmək niyyətində olduğunu nümayiş etdirir. Beləliklə, patentləşdirilmiş əmtəə nişanı çox güman ki, hansısa elektrik krossoveri ilə əlaqəlidir - buna "R" (Lexus RX kimi) və "e" hərfləri işarə edirlər. Digər tərəfdən, "R" hərfi, eyni zamanda, minik avtomobilinin indeksində də mövcuddur - mələsən, RC kupesi.

Qeyd etmək gərəkdir ki, bu indeksdə əvvəllər rast gəlinməyən Z hərfi mövcuddur. Bildiyimiz kimi, Lexus markasının işarələnməsinə X indeksi krossoverlər, S - sedanlar, C isə kupelər üçün nəzərdə tutulmuşdur. Buna görə də, böyük ehtimalla, bu indeks əvvəllər yapon markasının istifadə etmədiyi kuzov növünə malik olan modelin adlandırılması üçün nəzərdə tutulmuşdur. Bu avtomobilin kross-kupe olacağı ehtimalı olduqca yüksəkdir. Bu vəziyyətdə "R" hərfi ölçüyə istinaddır, "450" rəqəmi isə güc qurğusunun at qüvvəsinə işarədir.

Bununla belə, Lexus şirkətinin model xəttinin yeni elektrik krossoveri ilə nə zaman zənginləşəcəyi hələ də məlum deyil.