Almaniyanın Lightweight Performance studiyası BMW M2 Competition kupesini tüninq edərək kupenin güc aqreqatının hasilatını 740 at qüvvəsinə və 880 Nm fırlanma anına çatdırıb. Bu layihə 2 Series modelinin təkmilləşdirilməsinin sona çatdırır və Finale Edition adlanır. Adi M2 modeli ilə müqayisədə hasilat iki dəfə artırılıb. Layihənin əsası olaraq 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilən modifikasiya götürülüb.

Lightweight Performance motoristləri 3.0-litrlik S55 biturbo “altılığı” ciddi şəkildə təkmilləşdiriblər. Giriş və buraxılış sistemləri, habelə turbokompressorlar dəyişdirilib. Nəticədə, Competition versiyasının gücünü 330 at qüvvəsinə və fırlanma anını 330 Nm artırmağa müvəffəq olublar.

Kupenin şassisi də mühərrikin yeni imkanlarına uyğunlaşdırılıb: şassi Eibach firması ilə birlikdə hazırlanıb,  yay və amortizatorlar ilə yanaşı əyləclərin soyudulması da təkmilləşdirilib. Eibach Pro Street Multi asqısının dayaqları tənzimlənəndir, odur ki, şərtlərdən asılı olaraq klirensi dəyişmək, sıxılma və qaytarmanın gedişlərini tənzimləmək olar.

Zahiri cəhətdən Lightweight Performance mütəxəssislərinin hazırladığı M2 kupesini 19-düymlük döymə təkər diskləri, M Performance kataloqundan götürülmüş qırmızı əyləc supportları, karbon lifindən hazırlanmış ön qanadlar, spoyler, diffuzor, ön splitter və kapot sayəsində tanımaq olar.

Salon da yenidən tərtib edilib: M2 CS üslubunda arxa oturacaqlar quraşdırılmış, sükan çarxı alkantara ilə örtülmüş, mavi rəngli pedal örtükləri və transmissiyanın yeni dəstəyi peyda olmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW M2 Competition Finale Edition modelinin dinamik xüsusiyyətləri açıqlanmır, üstəlik kupenin boş ağırlığı da gizli saxlanılır. Lightweight Performance studiyası kupenin qiymətini sorğuya əsasən təqdim etməyə hazırdır.