Jaguar avtomobillərinin əsasında “bərkgedən” avtomobillərin və retrosportkarların inşasında ixtisaslaşan Lister Motor Co., şirkəti keçən əsrin 50-ci illərində pərəstiş obyektinə çevrilmiş Knobbly spidsterinin müasir variantını hazırlamaq niyyətindədir. Bu barədə şirkətin başçısı Lourens Uittaker yazdığı tvittdə bildirib.

Uittaker spidsterin təsvirini dərc edərək, hazırda şirkət mütəxəssislərinin konsept üzərində aktiv çalışdığını bildirib. Sportkar haqqında başqa məlumat verilməyib. Şəkildən göründüyü kimi, yeni Knobbly klassik sportkarın cizgilərini qoruyub-saxlasa da, iti bucaqları ilə seçilən formalara malik olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lister Knobbly modeli keçən əsrin 50-ci illərində buraxılıb. 2017-ci ildə şirkət sportkarların istehsalını bərpa edəcəyini  və onun ümumi yollarda istismarına icazə verilmiş 10 nüsxəsini buraxacağını bildirmişdi. Orijinal Knobbly kimi yeni spidsterlər də boru ramada inşa edilməlidir. Onun kuzov panelləri isə, XX əsrin texnoilogiyalarından istifadə etməklə  alüminiumdan hazırlanmalıdır. Yeni Knobbly 354 at qüvvəsi hasil edən 4,2-litrlik və 334 at qüvvəsinə malik olan 3,8-litrlik altısilindrli Jaguar mühərriklər ilə təchiz ediləcəkdir.