Los Ancelesdə keçirilən avtosalonda Audi şirkəti e-tron Sportback kupeşəkilli elektrik krossoverini təqdim edib. Adi Audi e-tron modelindən yeni kupe-kross təkcə kuzov forması ilə deyil, həmçinin yaxşılaşdırılmış aerodinamikası ilə seçilir. Modelin aerodinamik müqavimət əmsalı 0,28-dən 0,25-ə qədər azaldılıb ki, bu da əlavə 10 kilometrlik yürüyüşü təmin edib.

Audi e-tron Sportback modelinin qabarit uzunluğu 40901 mm, eni – 1935 mm, hündürlüyü isə 1616 mm ( - 13 mm ) təşkil edir. MLB modul platformasında inşa edilmiş kupe-kross standart olaraq klirensi 76 mm diapazonunda dəyişməyə imkan verən pnevmatik asqı ilə təchiz edilir.

Audi e-tron Sportback 55 quattro

Audi e-tron Sportback modeli ümumi hasilatı 313 at qüvvəsi və 540 Nm olan iki elektromotor ilə hərəkətə gəlir. Mühərriklər 71 kVs-lı litium-ion batareyasından qidalanırlar. 313 at qüvvəli kupe-kross 100 km/saat həddinə 6,8 saniyəyə sürətlənir. Audi e-tron Sportback modelinin maksimal sürəti 190 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Bəyan edilmiş yürüş ehtiyatı 347 km (WLTP) təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektrokarın daha güclü e-tron Sportback 55 quattro modifikasiyası 95 kVs-lıq batareya və 360 at qüvvəli güc qurğusu ilə təchiz edilir ki, qısa müddət ərzində bu gücü 408 at qüvvəsinə qədər artırmaq da mümkündür.  55 indeksli krossover 100 km/saat həddini 5,7 saniyəyə toplayır və 200 km/saatlıq maksimal sürət həddinə malikdir. Dolu batareya ilə kupe-kross 446 km qət edir.

Audi e-tron Sportback modelinin Avropadakı satış qiyməti 71350 avrodan başlayır. Elektrokarın satışlarına gələn ilin yazında başlanaacaqdır.