Pandemiyanın ağır nəticələrini qaldırmağa çalışan aviaşirkətlər müxtəlif üsullara müraciət edirlər. Bu yaxında dövlətdən böyük miqdarda olan maliyyə dəstəyini də alan Lufthansa-da vəziyyət deyəsən o qədər ağırdır ki, şirkət 22 000 nəfəri ixtisar etməyə hazırlaşır.

Şirkətin ümumilikdə 135 000 əməkdaşı var ki, onların da yarıdan çoxu Almaniyada çalışır. Lufthansa Group-a aid Germanwings (son dövrlər Eurowings adı altında fəaliyyət göstərirdi) şirkəti də virusun geniş yayılmağa başladığı ilk günlərdə fəaliyyətini dayandırdığını açıqlamışdı.

Lufthansa bir müddətdir ki, üzərində düşündüyü dövlətin yardımı məsələsinə müsbət cavab verib. Xatırladaq ki, Avropa Birliyi bunun müqabilində şirkətin Münhen və Frankfurt aeroportlarındakı 72 slotunu rəqiblərinə verməsini tələb edirdi və bu, Lufthansa üçün heç də ürəkaçan deyildi. AB isə bu addımı almanların haqsız üstünlük əldə etmələrinin qarşısını almaqla izah edirdi.

Lakin şirkət "alman dəqiqliyi" ilə götür-qoy edib və vəziyyətdən çıxış yolunu tapıb. Şirkət Avropa Birliyinə belə bir şərt qoyub: Slotlar ilk 1,5 ildə ancaq hazırda bu iki hava limanına uçuşlar yerinə yetirməyən AB ölkələrinə aid şirkətlərə verilə bilər. Əgər tələbat olmazsa, o zaman nəhəng şirkətlərə təklif edilə bilər. Lufthansa bu yolla əsas rəqiblərini mübarizədən qalib çıxmasına mane olmaq fikrindədir...