Ferrari bolidlərinin problem yaşaması Scuderia’nın pilotlarını poul uğrunda mübarizə aparmaq şansından edib. Həftəsonu boyu rəqiblərindən yeyin olan Sebastyan Fettel və Şarl Lekler texniki problemlər ucbatından mübarizəni dayandırmalı olublar. Poulu isə, əlbəttə ki, Lyuis Həmilton əldə edib.

Fettel sıralamanın ilk seqmentində mübarizədən kənar qalıb - iterkulerlə problem yaşayan alman pilot heç bir dövrə belə vura bilməyib. Şarl Lekler isə, komanda yoldaşından bir qədər uğurlu olub - o, final seqmentinə adlasa da, ömrünü Binottoya bağışlayan yanacaq nasosu monakolunu poul uğrunda mübarizə aparmaqdan məhrum edib. 

Rəqiblərinin çəkilməsindən sonra, poul uğrunda mübarizə Həmilton ilə Bottas arasında gedib. Nəticədə, 1.11,767 zamanla Hokkenhaymdakı dövrəni qət edən Həmilton 87-ci poulunu qazanıb. Maks Ferstappen liderə 0,346 saniyə uduzaraq ikinci nəticəni göstərib. İkinci cərgədən Vltteri Bottas və Pyer Qasli start alacaqlar.

Növbəti yerləri Kimi Rəykkonen, Romen Qrojan, Larlos Sayns, Serxio Peres və Niko Hülkenberq tutublar. Lekler yarışa 10-cu, Fettel isə 20-ci yerdən  başlayacaqdır.