Porsche şirkətinin araşdırma və inkişaf itiqamətinin rəhbəri Mixael Ştayner, Macan krossoverinin elektrik versiyası haqqında bəzi detalları paylaşıb. Elektromobilin prototipləri artıq həm zavod sınaq meydançasında, həm də ümumi yollarda sınaqdan keçirilir - bütün prototiplər, 2023-cü ildə keçiriləcək təqdimatından öncə, təxminən üç milyon kilometr yol qət edəcəklər.

Top menecerin sözlərinə görə, yeni krossover elektrik güc qurğusu ilə hərəkətə gələn tipik Porsche avtomobili olmalıdır. Əlbəttə ki, macan elektrokarı bu seqmentdəki ən idman xarakterli krossover olacaqdır - indiki benzin mühərrikli Macan krossoverindən belə.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Taycan elektrokarı kimi, Porsche markasının yeni krossoveri də 800 voltluq elektrik sistemini alacaq, lakin optimallaşdırılmış cərəyan yükləmə prosesi sayəsində onun batareyası daha tez doldurulacaqdır. Macan elektrokarı Audi ilə birlikdə hazırlanmış PPE (Premium Platform Electric) modul arxitekturası üzərində qurulacaq və 100 kilovat-saatlıq batareyanı alacaqdır.

Ştayner Macan modelinin fərqli gücü olan bir neçə modifikasiyasının buraxılmasının planlaşdırıldığını qeyd edib. Üstəlik, elektromobil öz adına sahib olacağı da söylənilir. Lakin istehsalçı hələlik elektrokara hansı adı verəcəyi barədə qərar qəbul etməyib.