Mansory atelyesi Rolls-Royce Ghost modelinin debütündən dərhal sonra təkmilləşdirmə işlərinə başlamışdı. İlk təkmilləşdirmələr dəsti bu ilin aprel ayında təqdim edilmişdi. O zaman, təkmilləşdirmələr buraxılış sisteminin və disklərin dəyişdirilməsi ilə məhdudlaşmışdı. Karbondan hazırlanmış elementlərdən isə yalnız arxa spoyler hazır idi.

İndi isə, atelye karbondan hazırlanmış yeni elementləri təqdim edib. Kompozit detallar karbonplastikdən hazırlanmış bamperlərdən, karbon hazırlanmış kapotdan, yan ətəklərldən və diffuzordan ibarətdirlər. Mansory Ghost modelini bamperdəki gündüz hərəkət işıqları, buraxılış sisteminin trapesiyaşəkilli iri çıxış boruları, tam “antixrom” paketi və altı V-şəkilli qolları olan təkər diskləri sayəsində asanlıqla tanımaq olar.

Salonda Mansory atelyesinin öz məhsulu olan soyuducu çanta peyda olub. Atelyenin adı olan basmanxışları oturacaq başlıqlarının, xalçaların, kandarların və sükanın üzərində görmək olar. Nümayiş etdirilən sedan ulduzlu tavana, habelə ağ və narıncı rənglərdə tərtib olunmuş interyerə malikdir.

Atelye mütəxəssisləri mühərrikin hasilatının artırılmasına ciddi şəkildə yanaşıblar: 6,75-litrlik V12 mühərriki yeni proqram təminatına və turbokompressorlara sahib olub. Nəticədə, mühərrkin gücü 720 at qüvvəsinə, fırlanma anı isə 1020 Nm-ə qədər artırılıb. Tüninq keçmiş Rolls-Royce sedanı 100 km/saat həddini 4,4 saniyəyə (-0.4 saniyə) toplayır. Bununla belə, sedanın qarışıq rejimdəki yanacaq sərfiyyatı demək olar ki, 10% artaraq 100 kilometrə 16,7 litrə çatıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mansory nadir hallarda göstərdiyi xidmətin qiymətlərini geniş ictimaiyyətə açıqlayır. Bir qayda olaraq, qiymət cədvəli potensial müştərilərə sorğu əsasında göndərilir. Rolls-Royce Ghost layihəsi də qaydalardan istisna deyil. Çox güman ki, tam tüninq paketi müştəriyə təqribən 100 min avroya başa gələcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.