BMW şirkətinin M bölməsinin rəhbəri Markus Flaş alman istehsalçısının hər hansı superkar buraxmağa ehtiyacı olmadığını söyləyib. Onun sözlərinə görə, çoxdan gözlənilən M8 modeli bu işin öhdəsindən layiqincə gəlir.

Avstraliyanın «Which Car» nəşrinə müsahibə verən Flaş alman markasının artıq tamdəyərli superkara malik olduğunu bildirib. Onun sözlərinə görə, BMW M8 alman markasının Nordşlyayfedəki ən yeyin modelidir. O, hətta M8 modelini Porsche 911 Turbo modelinin qənimi adlandırıb! 

Flaş M8 modelini M5 modelinin ikiqapılı versiyası olmadığını bildirib. Onun sözlərinə görə, M8 tamamilə başqa avtomobildir. Kupenin ağırlıq mərkəzi sedanda olduğundan 24 millimetr aşağıdır, kupe daha sərt kuzova və daha yaxşı idarəetməyə malikdir. Markus Flaş zavod pilotlarının M8 modelinin xarakterinə heyran olduqlarını da bildirib.