Maserati şirkəti 2022-ci model ilinə hazırlaşan ilk avtomobil istehsalçılarından biridir. Yeni model ili üçün görülən hazırlıqların əsasını hər birinin öz adı olan yeni təchizat səviyyələri təşkil edir. Ghibli, Quattroporte və Levante modelləri üçün nəzərdə tutulmuş yeni təchizat səviyyələri interyerin tərtibat variantları və mühərrikləri ilə fərqlənəcəkdirlər. Bundan başqa, yeni model ilinin avtomobilləri MC20 superkarında debüt etmiş yeni Maserati emblemini də alacaqdırlar.

1 iuyl tarixindən sifarişlərə açıq olacaq yeni təchizat səviyyələri GT, Modena və Trofeo adlanırlar. Yeni təchizat səviyyələrini almış modellər bir-birindən tərtibatları ilə fərqlənəcəkdirlər.

Image alt Image alt Image alt

Maserati şirkəti GT təchizat səviyyəsinin özündə “şəhərsayağı, minimalistik və müasir ruhu” cəmləşdirdiyini bildirib. GT təchizat səviyyəsinin tərkibinə xrom eksteryer elementləri, Ghibli və Levante GT modelləri üçün 18-düymlük, Quattroporte sedanı üçün isə 19-düymlük təkər diskləri daxildir.

GT təchizat səviyyəsinə malik olan Maserati Ghibli və Levante modelləri 2.0-litrlik dördsilindrli benzin turbomühərriki və 48 voltluq elektrik şəbəkəsindən qidalanan eBooster elektrik üfürməsi və kəmərli ötürməyə malik olan startyor-generatorundan ibarət olan hibrid güc aqreqatı ilə təchiz ediləcəkdirlər.

Səkkiz pilləli avtomat ilə tandemdə çalışan hibrid güc qurğusunun ümumi hasilatı 330 at qüvvəsi və 450 Nm fırlanma anıdır. Maserati Quattroporte GT sedanı isə 350 at qüvvəli V6 mühərriki ilə təklif ediləcəklər.

Image alt Image alt Image alt

İtalyan istehsalçısı Modena variantının alıcılarının həm zəriflik, həm də dinamizmi axtaranlara ünvanlandığını bildirir. Belə təchizat variantına malik olan hər üç model 20-düymlük təkər diskləri və daha idman görünüşlü interyer ilə təklif ediləcəkdirlər.

Ghibli Modena və Levante Modena modelləri 350 at qüvvəli, Modena S modifikasiyası isə 430 at qüvvəli V6 mühərriki ilə əlçatan olacaqlar. Sonuncu mühərrik Quattroporte Modena sedanın kapotunun altında çalışacaqdır. ABŞ-da Modena təchizat səviyyəsində olan bütün modellər ən güclü V6 mühərriki ilə təchiz ediləcəkdirlər. Öz növbəsində Maserati Levante Modena S modeli 550 at qüvvəli V8 mühərriki ilə təchiz olunacaqdır.

Modena S təchizat səviyyəsi Nerissimo Pack dəstinin və qırmızı əyləc supportlarının quraşdırılmasını nəzərdə tutur.

Image alt Image alt Image alt

Adında göründüyü kimi, Trofeo təchizat səviyyəsi idmanı təmsil edəcəkdir. Belə təchizat səviyyəsinə malik olan avtomobillər karbondan elementlər, 21-düymlük təkər diskləri, qırmızı əyləc supportları, habelə xalis Pieno Fiore dərisi ilə örtülmüş idman oturacaqları ilə təchiz ediləcəkdirlər.

Trofeo təchizat səviyyəsinə malik olan avtomobillər, modelindən asılı olmayaraq, 580 at qüvvəli V8 biturbo mühərriki ilə hərəkətə gələcəklər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.