İtalyan Zaqato kuzov atelyesi Komo gölünün sahilində keçirilən Concorso d’Eleganza Villa d'Este Zəriflik Müsabiqəsində Mostro Barchetta Zagato Powered by Maserati adlı idman avtomobilini təqdim edib. Lakin bu, tamamilə yeni layihə deyil, yalnız 2015-ci ilin oxşar modelinin açıq versiyasıdır. Həmin model də, yeddi il bundan əvvəl eyni müsabiqədə təqdim olunmuşdu!

Xatırladaq ki, kupenin yeddi il əvvəlki təqdimatı Maserati brendinin yüzilliyinə təsadüf etmişdi. Həmin avtomobilin prototipi “La Manın 24 saatı” marafonunda iştirak edən Stirlinq Mossun sifarişi ilə hazırlanmış yarış Maserati 450 S Coupe Zagato avtomobili olmuşdu. İngilis mühəndisi Frenk Kostin tərəfindən hazırlanmış axıntılı kuzov çox qəribə bir görünüşə sahib idi - buna görə Moss ona “monstr” ləqəbini vermişdi.

Yeni idman avtomobilinin adındakı “Barchetta” (italyancadan tərcümədə - “kiçik qayıq”) sözünün tətbiqi səbəbsiz deyil: italyanlar onunla qayıqdakı kimi qısaldılmış ön şüşəsi olan açıq kuzovu adlandırırlar. Hətta çıxarılan dam belə nəzərdə tutulmayıb.

Hər iki “monstr” - kupe və barketta - Belçikanın Gillet şirkətinin kiçik miqyaslı Vertigo sportkarının əsasında inşa edilib. Karbonplastikdən monokoku olan şassi və itələyici çubuqları olan ikiqollu asqı da bu sportkardan götürülüb. Monokokun arxa tərəfinə asqı, arxa reduktor, yanacaq çəni və səsboğucu bərkidilmiş polad alt çərçivə bağlanır.

Açıq avtomobil üçün kuzovun yarısının yenidən işlənib hazırlandığını söyləmək gərəkdir: bu, ön şüşənin kompozit çərçivəsi, qapılar, şüşə və arxa paneldir. Maraqlıdır ki, iki qohum model tərtibat baxımından nəzərəçarpacaq dərəcədə fərqlidirlər: barkettanın ötürmələr qutusu mühərriklə bir blokda birləşdiriliblər, lakin 2015-ci ilin kupesində o, geridə quraşdırılıb.

Əvvəl olduğu kimi, spoortkar Maserati GranTurismo kupesindən götürülmüş 420 at qüvvəli 4,2-litrlik V8 atmosfer mühərriki ilə təchiz edilib. Ancaq indi onun Nettuno ailəsindən olan 630 at qüvvəli 3,0-litrlik V6 turbomühərriki şəklindəki alternativi var. Transmissiya - altı pilləli sekvental ötürmələr qutusudur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əsasən yarış treki üçün nəzərdə tutulmuş kupedən fərqli olaraq, barketta ictimai yollarda istifadə üçündür. Buna görə də, o, qaynaqlanmış təhlükəsizlik qəfəsdən məhrumdur və interyer nəinki daha yaxşı tərtib edilmiş, həm də üslub baxımından daha işlənmişdir - kupedə interyer dizaynı demək olar ki, yox idi.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.