Maserati GranCabrio Folgore luxury seqmentindəki ilk elektrik kabrioleti və açıq kuzovlu ən sürətli elektromobilidir. GranCabrio güc qurğusunu qohum GranTurismo kupesi ilə bölüşür: qurğu 829 at qüvvəsi və 1350 Nm fırlanma anı hasil edən üç elektrik mühərrikindən və nominal tutumu 92,5 kilovat-saat olan batareyadan ibarətdir.

Kabriolet yerindən 100 km/saat həddinə sürətlənməyə 2,8 saniyə, 200 km/saat həddini toplamağa isə, 9,1 saniyə sərf edir. Maksimal sürət - 290 km/saatdır.

GranCabrio Folgore kabrioletindəki elektrik mühərrikləri fərdi şəkildə idarə olunur ki, bu da tam ötürmədən arxa ötürməyə və əksinə keçməyə imkan verir. Batareyanın işləmə gərginliyi 800 voltdur.

270 kilovata qədər daimi cərəyanlı yükləmə dəstəklənir, yüksək sürətli terminala beş dəqiqəlik qoşulma isə, əlavə 100 kilometrlik yürüş məsafəsini təmin etməlidir. Bundan əlavə, gücü 400 kilovata çatan rekuperasiya sistemi əyləcləmə zamanı batareyanı qismən doldurmağa kömək edəcək. Elektromobilin nominal yürüş məsafəsi 419 ilə 447 kilometr arasında dəyişir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

GranCabrio Folgore modelinin yumşaq damını 50 km/saata qədər sürətlərdə açıb və ya bağlamaq olar. Yumşaq damı mərkəzi displeydəki düyməyə basmaqla və ya jestlərdən istifadə etməklə idarə etmək mümkündür. Beş dam rəngindən seçim təklif olunur: Nero, Blue Marine, Titan Grey, Greige, Granata.

Kabrioletin təchizatına boyuna hava üfürülməsi sistemi, salonda turbulentliyi azaldan külək deflektoru, 12,3-düymlük ekrana malik olan Maserati Intelligent Assistant multimedia sistemi, rəqəmsal cihazlar paneli və 13 dinamikli Sonus Faber audiosistemi daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

GranCabrio Folgore modelinin kuzov rəngləri palitrasına altı əsas çalar daxil olacaq: Bianco Astro, Nero Assoluto, Blu Modena, Verde Giada, Grigio Incognito və Grigio Maratea Matte. Bundan əlavə, istehsalçı Collezioni Corse, Futura və Bespoke proqramları çərçivəsində 27 xüsusi rəng, həmçinin eksklüziv tərtibat variantlarını təklif edəcək.

Kabrioletin salonunun üzlənməsi üçün Econyl materialından istifadə olunur. Bu, 2011-ci ildə Aquafil şirkəti tərəfindən hazırlanmış və regenerasiya edilmiş neylon adlanan materialdır. Bu material üçün xammalı okeandan və zibilxanalardan yığırlar: bunlar sənaye plastiki, parça qırıntıları, köhnə xalçalar və balıqçılıq torlarıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.