Florida ştatının Sanni Ayls Biç şəhərindəki The Mansions at Acqualina kondominiumunun sahibi olan LPLA Partners developer şirkəti Palazzo del Cielo (Göylərdəki saray) penthausunu satışa çıxarıb. 38 milyon dollarlıq qiymətə satılan penthausu alan şəxs hədiyyə olaraq iki maşınlıq qaraja da sahib olacaq. Üstəlik, şirkət bonus olaraq Rolls-Royce Cullinan və Lamborghini Aventador modellərini də alıcıya hədiyyə edəcəkdir.

Bu mənzili alan şəxsi sahəsi 835 kvadrat metr olan penthausla yanaşı, 232 kvadrat metrlik terras da gözləyir. Dizaynı STA Architectural Group tərəfindən hazırlanmış mənzildə altı vanna otağı, iki tualet, qonaq otağı, yay mətbəxi, sauna və şüşə döşəməsi olan açıq hovuzu da vardır. Bundan başqa, penthaus sahibi avtomatik olaraq dəniz suyu ilə doldurulmuş hovuza, kinoteatra, qolf simulyatoruna və spa-mərkəzinə giriş əldə edir.

LPLA Partners uzun müddətdir ki Rolls-Royce və Lamborghini markaları ilə əməkdaşlıq edir, ona görə də, bu kompleksdə yaşayanların əksər hissəsi bu markalardan olan avtomobillərə sahibdirlər. Şirkət Palazzo del Cielo alıcısına bonus olaraq britaniya markasının ilk krossoverini və Aventador superkarını bonus olaraq hədiyyə edir. Acqualina Reality şirkətinin satış üzrə prezidentinin sözlərinə görə, Palazzo del Cielo penthausunun kandarına ayaq basan şəxs yalnız əldə etdiyindən həzz almalı və digər şeylər haqqında düşünməməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt