Porsche Cayenne krossoverinin üçüncü nəsli işıq üzü gördükdən sonra, hər kəs maraqlandıran bir sual meydana çıxıb - alman istehsalçısı dəbdəbəli krossoverin gələcək taleyi barədə nə düşündür?

Artıq məlum olduğu kimi, Frankfurtda keçirilən avtosalonda Porsche şirkəti Cayenne modelinin 550 at qüvvəsinə malik olan Turbo modifikasiyasını təqdim edib. Əlbəttə ki, bir çoxları Porsche Cayenne Turbo S modifikasiyası barədə düşündüyü halda, Porsche rəhbərlərinin hədəfində başqa bir seqment var. Bu BMW X6 modelinin hökmüranlıq etdiyi kupe-krossoverlər seqmentidir.

Britaniyanın Autocar dərgisinə müsahibə verən Porsche şirkətinin rəhbəri Oliver Blyum Bavariyalı kupe-krossoveri ilə rəqabət aparacaq Cayenne Coupe modeli barədə düşündüyünü boynuna alıb. Onun sözlərinə görə, hələlik qəti qərar qəbul edilməyib, çünki marketinq üzrə mütəxəssislərin bu seqmenti dərindən öyrənərək, belə bir modelin nə qədər effektiv olacağını müəyyən etməlidirlər.

Porsche markasının şef dizayneri Maykl Mauer isə, faktiki olaraq, Cayenne Coupe modelinin layihə şəklində hazır olduğunu və qəti qərarı gözlədiyini bildirib.

«Konstruktor şöbəsi kimi, bizdən hər zaman təklif gözləyirlər, - Mauer bildirib. - Bu işimizin ən maraqlı tərəfidə budur: rəhbərlik mıəndən büdcə məhdudiyyətləri olmayan məhsul portfelinin aydın təsəvvürünü tələb edir. Hər bir model üçün ideyalarımız mövcuddur. Lakin, iş planı olmalıdır. Bəli, bizdə çoxlu ideyalar yaranıb».

Mission E modeli Porsche şirkətinə öz portfelini genişləndirməyə imkan verəcəkmi sualına Blyum xeyir cavabını verib.

«Son illərdə biz yaxşı göstərmişik. Lakin, avtomobillərin sayı müştəri tələbatından vacib deyildir».