McLaren Automotive şirkəti 720S modelinin bazasında inşa ediləcək yeni yarış avtomobilinin təsvirlərini dərc edib. Bu avtomobil GT3 kateqoriyası üçün hazırlanır və qeyri-peşəkar pilotlar üçün nəzərdə tutulacaqdır.

2019-cu ildə müştərilərə çatdırılacaq superkar dörd litrlik səkkiz silindrli mühərrikə və altı pilləli sekvental ötürmələr qutusuna sahib olacaqdır. Bu mühərrikdən modelin seriya variantında da istifadə edilir. 720 at qüvvəsinə malik olan güc aqreqatı kupeni 100 km/saat həddinə 2,9 saniyəyə, 200 km/saat həddinə isə 7,8 saniyəyə sürətləndirir.

720 S GT3 modelinin anons edilməsi ilə bərabər, McLaren gənc pilotlara dəstək proqramını işə saldığını da bildirib. Şirkət artıq dörd britaniyalı pilotu da seçibdir. Onlar gələn il GT4 kateqoriyasında McLaren 570S superkarlarında yarışacaqdırlar. Gənc pilotları sponsor dəstəyi, təlimatçı, fitnes, qidalanma və McLaren komandasının məşq bazasına giriş hüququ ilə təmin edəcəkdirlər.