McLaren şirkəti 8 dekabr tarixində yeni açılan tavanı olan sportkarı təqdim edəcəyini bəyan edib. Eyni zamanda, britaniya istehsalçısı yeni modelin tizerini də dərc edib.

Dərc olunmuş tizerdən də göründüyü kimi, yeni sportkar McLaren 720S modelinin əsasında inşa edilib. Mətbuat açıqlamasında, bu avtomobil McLaren 720S modelinin açıq kuzovlu Spider modifikasiyası ola bilər. Təəssüflər olsun ki, McLaren şirkəti yeni avtomobil barədə heç bir məlumat verməyib. 

Məlumdur ki, qatlanan tavan avtomobilin çəkisinin artmasına gətirib çıxarır. Bu səbəbdən də,  McLaren 720S sportkarının təchiz edildiyi 720 at qüvvəli 4,0-litrlik V8 turbomühərrikini bir qədər güclü edə bilərlər. Bundan başqa, yeni spayderin açılan yumşaq yaxud sərt tavana malik olacağı da məlum deyildir.