McLaren Special Operations (MSO) bölməsi Elva spidsterinin xüsusi tərtibatını nümayiş etdirib. Bu dəfə spidsteri beş il boyunca Can-Am seriyasında parlayan və ilk narıncı Mclaren olan M6A yarış prototipinin rənginə boyayıblar.

İlk narıncı McLaren 1967-ci ildə debüt edib. Yarış prototipini Papaya Orange rənginə boyamağı komandanın meneceri Edvard Mayer təklif edib. Onun fikrincə, parlaq rəngli avtomobili daha nəzərə çarpan olmalı idi. Eyni rəng sxemini 1997-ci mövsümünün MP4/12 avtomobili də alıb. 2009-cu ildə isə McLaren palitrasında bu çaların yeni variantı ortaya çıxıb - Volcano Orange. Bir neçə ildən sonra, rəng palitrasına McLaren Orange, Papaya Spark və Azores çalarlarını əlavə edilib.

McLaren Elva superkarının unikal versiyası boz zolaq və Bryus Maklarenin yarış nömrəsi olan "4" rəqəmi ilə haşiyələnmiş Anniversary Orange rənginə boyanıb. Məhz bu rəngdə qapıların və daxildəki hava yönləndiricilərinin möhtəşəm "axını" nəzərə çarpır, ağ örtüklü yarış kresloları isə narıncı rənglə zidiyyət təşkil edir. Şəkinlərdən göründüyü kimi, spidster karbondan emblemlərə də sahib olub.

Image alt Image alt Image alt Image alt

McLaren Elva modeli 815 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 turbomühərriki və 7-pilləli “robot” ilə təchiz edilir. Spidster 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənir. 200 km/saat həddini toplamaq üçün Elva modelinə 6,7 saniyə tələb olunur.

McLaren Elva spidsteri 399 nüsxəlik məhdud saylı tirajla istehsal ediləcəkdir. Spidsterin satış qiyməti 1.425.000 funt sterlinq təşkil edir. Modelin müştərilərə çatdırılmasına bu ilin sonunda başlanacaqdır.