McLaren Automotive şirkətinin McLaren Special Operations (MSO) bölməsi Super Series xəttinə aid olan modellər üçün xüsusi işləmələr dəstini hazırlamışdır. Yeni dəst McLaren MP2-12C, 650S və 675LT modelləri üçün nəzərdə tutulmuşdur.

Avtomobillərin aerodinamikasını yaxşılaşdıran və onlara yarış avtomobili görkəmi bəxş edən dəst, 650S modelinin xüsusi variantı üçün nəzərdə tutulmuş və Can-Am seriyasından olan avtomobillərə həsr edilmiş işləmlərlə bənzərlik daşıyır.

Bu seriyadan olan avtomobillər barmaqlıq formalı aerodinamik elementləri  olan ön qanad və iki rəngli tərtibatı olan beş qollu təkər diskləri ilə təchiz edilir. Bundan əlavə MSO karbondan hazırlanmış diffuzoru, yan güzgülərin korpuslarını və baqaj qapağını quraşdırmağı təklif edirlər.

Zahiri cəhətdən təkmilləşdirilmiş avtomobilləri qapılarda və ön tərəfdə həkk edilmiş “5” rəqəminə görə seçmək mümkündür. Bu Can-Am seriyasında çıxış etmiş McLaren M8D avtomobilinə işarə edir.

İnteryerin təkmilləşdirilməsi dəstinə çoxsaylı karbon elementlər daxil edilmişdi ki, bunların da sırasında sükanda olan əlavələr, deflektorların və cihazlar panelinin haşiyəsi, həmçinin kandarlardakı lövhələrdir. Bundan başqa, MSO salonu alkantara ilə üzləməyi və seçilən tikişlərlə bəzəməyi təklif edir.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt