Mercedes-AMG GT 63 S 4Matic+ 4-door Coupe modeli Nürburqrinqin “Şimal ilgəyinin” ən yeyin dördqapılı avtomobili olub. Şirkətin mühəndisi və keçmiş pilot Demian Şeffertin idarə etdiyi superkar treki 7 dəqiqə 25,41 saniyəyə qət edib.

"Bərkgedən" liftbek tvin-skroll turbina və silindrlərin söndürülməsi sistemi ilə təchiz edilimiş 4,0-litrlik səkkiz silindrli mühərriklə hərəkətə gəlir. 9-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışan turbomühərrik 639 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Mercedes-AMG GT 63 S 4Matic+ 4-door Coupe modeli 100 km/saat sürətini 3,2 saniyəyə toplayır. Onun maksimal sürəti isə 315 km/saatdır. 

Bu günə qədər bu rekord 510 at qüvvəli Alfa Romeo Giulia Quadrifoglio sedanına məxsusu idi. İtalyam sedanı “Şimal ilgəyini” 7 dəqiqə 32 saniyəyə qət etmişdir.