Mercedes-AMG bölməsi və Cigarette Racing tərsanəsi yeni ortaq layihələrini - AMG markasının flaqman GT Black Series idman kupesinin üslubunda tərtibata malik olan Cigarette 41 'Nighthawk AMG Black Series qayığını təqdim edib. Bu, AMG və Cigarette brendlərinin birlikdə inşa etdiyi on üçüncü sürət qayığıdır.

41 'Nighthawk modeli pilləkənli gövdəni, eninə redanlar sistemini, həmçinin karbondan hazırlanmış göyərtəni və idarəetmə postunun örtüyünü alıb. Qayığı beş Mercury Racing 450R yarış mühərriki hərəkətə gətirir.

Cigarette 41 '' Nighthawk AMG Edition spidbotu aşağı ağırlıq mərkəzi, inkişaf etmiş struktur möhkəmliyi və əla idarəetmə qabiliyyəti ilə öyünə bilər - səmərəlilik baxımından, qayıq Mercedes-AMG GT Black Series superkarının ruhuna tam Cavab verir.

Beş V8 4.6 Mercury Racing 450R asma mühərriki ümumilikdə 2250 at qüvvəsi hasil edir və qayığı maksimal 145 km/saat həddinə qədər sürətləndirir. Təkmilləşdirilmiş drossel sistemi, bütün mühərrikləri yalnız iki qol vasitəsi ilə eyni vaxtda idarə etməyə imkan verir.

41 'Nighthawk AMG Edition sürət qayığının korpusunu boyanmasında qara və narıncı Magmabeam rənglərinin birləşməsindən istifadə olunub. Spidbotun burundakı naxışlar çoxsaylı AMG loqotipindən, dekaldan istifadə edilmədən yaradılıb. İdarəetmə postu hər birində üç kreslo olan iki oturacaq cərgəsi ilə təchiz olunub.

Ön kreslolar hündürlüyə görə tənizmlənə bilər. İdarəetmə paneli vahid alüminium parçasından RPİ-si olan dəsgahda frezerlənib və üç ədəd Garmin 8617 kartplotteri ilə təchiz edilib. Xüsusi örtük ekranları günəşdən, parıltıdan və zolaqlardan qoruyur. Göyərtənin arxa hissəsində U-şəkilli divan olan istirahət zonası mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qayığın təchizatına günəşdən isinməyən Cigarette Cool materialı ilə üzlənmiş oturacaqlar, Audio Marine səs sistemi, genişləndirilmiş göyərtə işıqlandırması və ön tərəfdəki döndərmə qurğuları daxildir. Ön və arxadakı iki Garmin ekranı qonaqlar üçün nəzərdə tutulub - onlar vasitəsi ilə media və işıqlandırma sistemlərini idarə etmək olar.