Daimler AG konserni planlı şəkildə idman bölməsi olan Mercedes-AMG şirkətini sərbəst brendə çevirməyə davam edir.Bunun əyani sübutu, yalnız AMG emblemini daşıyan «qaynar» modellərin satıldığı ilk eksklyuziv sərgi-satış salonunun Tokyo şəhərində açılması olmuşdur.

Qeyd etmək lazımdır ki, artıq alman istehsalçısının 40 ölkədə 400-dən yuxarı AMG Performance şou-rumları fəaliyyət göstərir. Lakin, onların hamısı ixtisaslaşdırılmış Mercedes-Benz diler mərkəzlərində «mağazada mağaza» prinsipi əsasında yerləşmişdirlər. Öz növbəsində, Affalterbaxdakı AMG bölməsinin mənzil-qərargahının üslubunda yaradılmış Tokyodakı mərkəzin adi Mercedes-Benz avtomobillərinə heç bir aidiyyatı yoxdur.

Tokyoda yerləşən və ümumi sahəsi 1000 kvadrat metr olan iki mərtəbəli Mercedes-AMG mərkəzində müştərilər Mercedes-AMG GT R ekstremal kupesi də daxil olmaqla ən yeni modellər və firma aksessuarları kolleksiyası ilə tanış olmaq imkanına malikdirlər. Bundan əlavə, gələcək müştərilər AMG sürücülük akademiyasındakı treninqlər və brendin avtoidman proqramı barədə məlumat əldə edə bilrələr.

Kütləvi informasiya vasitələrinin qarşısında çıxış edən Mercedes-AMG GmbH şirkətinin rəhbəri Tobias Mayers buna bənzər salonun Sidneydə də açılacağını bildirmişdir. Xatırladaq ki, Mercedes-AMG bölməsinin bu ana ən göslənilən modeli Mercedes-AMG Project One hiperkarıdır.

Bu hiperkar tərkibinə 1,6-litrlik V6 turbomühərriki, bir elektromotor və dartma qüvvəsinin bölüşdürülməsi funksiyasına malik olan tam ötürməli sistem daxil olan hibrid güc aqreqatı ilə hərəkətə gələcəkdir. Hiperkar AMG şirkətinin 50 illik yubileyinə həsr edilmişdir və 200-300 ədədlik məhdud sayda tirajla buraxılacaqdır.

Image alt Image alt Image alt Image alt