Mercedes-AMG bölməsi Nyu Yorkda keçirilən avtosalonda yenilənmiş GLC və GLC Coupe modellərinin "bərkgedən" AMG versiyalarını təqdim edib.“Bərkgedən” krossoverlər əvvəlki kimi 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilirlər. “Quru” karteri olan bənzər mühərrikdən Mercedes-AMG GT sportkarında istifadə edilir.

Krossoverlərin mühərrikləri iki güc variantında təqdim ediliirlər. Standart olaraq, mühərrikin gücü 476 at qüvvəsi və 650 Nm fırlanma anı təşkil edir. Daha güclü S variantları isə 510 at qüvvəsi və 700 Nm fırlanma anı olan mühərriklə təchiz edilirlər. Hər iki halda, güc aqreqatı 9-pilləli AMG Speedshift MCT ötürmələr qutusu ilə birlikdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt

Yerindən 100 km/saat həddinə 476 at qüvvəli Mercedes-AMG GLC 63 krossoveri 4,0 saniyəyə, Mercedes-AMG GLC 63 S variantı isə 3:8 saniyəyə sürətləniirlər. Modelin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Eyni dinamik xarakteristikaları “qaynar” Mercedes-AMG GLC 63 Coupe modelinə də şamil etmək olar.

“Bərkgedən” krossoverlər Mercedes-AMG E 63 sedanında debüt etmiş 4Matic+ tam çəkiş sistemi ilə təchiz edilirlər. AMG mütəxəssisləri həmçinin avtomobilin çoxkameralı pnevmatik asma sistemini də yenidən işləmişdirlər. Art;q elektronika tərəfindən idarə edilən differensial hər iki modifikasiya üçün standart avadanlıqdır.  AMG Dynamic sistemi isə yaş yolda idarəni asanlaşdıran yeni Slippery rejiminə sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-AMG GLC 63 modelinin təchizatına 19-düymlük təkər diskləri, dəyişən gücü olan sükan sistemi və 390 millimetrlik havalındırmalı əyləc mexanizmləri daxil edilmişdir. Avtomobillərin S variantları əlavə olaraq 21 düymlük təkər diskləri ilə təchiz edilirlər. Opsiyalar arasında karbon-saxsı əyləc mexanizmləri vardır.

Yenilənmiş “bərkgedən” krossoverləri yeni radiator barmaqlığı, işıqdiodlarından hazırlanmış ön və arxa fənərlərin yeni tərtibatı, S versiyasının tutqun rəngli dekoru sayəsində tanımaq olar. Salonda idman oturacaqları, 10,25-düymlük displeyi olan MBUX multimedia sisteminin və cihazlar panelinin xüsusi Classic, Sport və Supersport tərtibatını görmək olar. S modfikasiyaları dəri salonun qırmızı haşiyələri, başlıqlardakı AMG loqotipləri və opsional AMG Performance oturacaqları ilə seçilirlər.