Daimler AG konserninin sənaye dizaynı ilə məşğul olan Mercedes-Benz Style bölməsi və Britaniyadan olan Silver Arrows Marine yaxta tərsanəsi birlikdə hazırladıqları dəbdəbəli Arrow460-Granturismo yaxtasını Fransız Rivierasında təqdim etmişdirlər. «Mercedes» adını almış yaxta ilk reysini Nitsa sahillərində həyata keçirmişdir. Bu yaxta, tərəfdaşların 2013-cü ildə Monaco Yacht Show sərgisində elan etdiklər və «Silver Arrow of the Seas» seriyasından olan 10 yaxtadan birincisidir. Bildiyimiz kimi, Mercedes-Benz şirkəti artıq bu sahədə müəyyən təcrübəyə malikdir. Bir müddət əvvəl, Mercedes-Benz və Cigarette Racing komandası Mercedes-AMG GT3 modelindən ilham alaraq yaratdıqları Cigarette Racing Team 41’ SD GT3 qayığını təqdim etmişdilər.

14 metrlik uzunluğu olan Arrow460-Granturismo yaxtası Mercedes-Benz avtomobillərinə xas olan özəllikləri və cizgiləri özündə daşıyır. Dizaynerlərin fikrincə, bu yaxta Mercedes-Benz tərəfindən hazırlanmış İAA Concept vı F015 konseptlərini xatırlatmalıdır.

Bununla yanaşı, layihənin əsasında dəbdəbəli yaxtaların funksionallığına və estetikasına yeni baxış durur. Arrow460-Granturismo yaxtasının kabinası idman avtomobillərini xatırladır. Yan pəncərələr avtomatik şüşəqaldıranlarla təchiz edilmiş, alın şüşəsi isə açılan lyuku xatırladır.

Yaxtanın panoram damı «ağıllı» şüşədən düzəldilmişdir ki, gün işığının intensivliyindən aslı olaraq onun tündlük dərəcəsi avtomatik olaraq dəyişir.

Yaxtanın salonu da yüksək kefiyyətli materiallardan hazırlanmışdır. Kayutanın rahat oturacaqları tünd-göy və boz rəngli nubukla örtülmüşdür. Salonun divarları evkalipt ağacından düzəldilmiş panellərlə örtülmüşdür. 10 nəfərlik salon yüksək transformasiya imkanları təklif edir ki, lazın gəldikdə onu həm yemək otağına, həm də yataq otağına çevirmək olar. 

Yaxta standart olaraq vanna otağı, ayrıca qarderob, klimat-kontrol sistemi, yüksək kefiyyətli audio-sistem, «şərab anbarı» və buz hazırlayan maşınla təchiz edilir. Arrow460-Granturismo  yaxtası hər birinin gücü 480 at qüvvəsi olan iki ədəd Yanmar 6LY3-ETP dizel güc aqreqatı ilə hərəkətə gəlir. Bu güc aqreqatları yaxtanı 28-30 dəniz mili kreyser sürəti ilə təmin edir. Yaxtanın maksimal sürəti isə 40 dəniz milinə bərabərdir.

Belə yüksək göstəricilərə, hesablama hidromexanikasının alqoritmlərindən istifadə edilərək yaradılmış korpusun unikalı konstruksiyası sayəsində nail olunmuşdur.

Mercedes-Benz Style və Silver Arrows Marine şirkətlərinin hazırladıqları Arrow460-Granturismo yaxtasının satış qiyməti 1250000 avrodan başlayır.

Image alt Image alt Image alt Image alt