Mercedes-Benz şirkəti EQC elektrik krossoverinin növbəti tizerini dərc edib. Son üç ildə üzərində çalışmalar gedən krossoverin təqdimatı 4 sentyabr tarixində Stokholmda keçiriləcək xüsusi tədbirdə baş tutacaqdır

Dərc edilmiş tizerdə elektrokarın ön hissəsi təsvir edilibdir. Ön hissəsinin seçilən cəhətlərindən biri LED-fənərlər ilə radiator barmaqlığının yuxarı hissəsindən keçən işıqdiodlarından hazırlanmış zolaqdır. Krossover barədə texniki məlumat verilməyibdir.  Yeni krossoverin carçısı olan Generation EQ konsept avtomobili üçuçi hasilatı 408 at qüvvəsi və 700 Nm fırlanma anı olan iki elektrik mühərriki ilə təchiz edilirdi. Gec qurğusu 70 kilovat-saatlıq litium-ion batareyalarından qidalanırdılar. Konseptin yürüş ehtiyatı 500 kilometr idi.

Yeni elektrokrossoverin sınaqları zamanı 90 prototip və 30 seriyaöncəsi modeldən istifadə edilibdir. Onlar, dörd qitədə ümumilikdə milyon kilometrdən çox yol qət ediblər. Elektrokarlar +50 dərəcədən - 35 dərəcəyə kimi temperaturlarda sınaqdan çıxarılıbdərlar.

Mercedes-Benz EQC modelinin istehsalına gələn il başlanacaqdır. Artıq elektrokrossoverə öncədən sifarişlər qəbul edilir. İlkin olaraq avtomobili sifariş etmək şansı Norveç sakinlərinə qismət olub.