Mercedes-Benz şirkəti yenilənmiş GLC krossoverini təqdim edib. Krossover zahiri cəhətdən xırda dəyişikliklərə məruz qalıb, yeni mühərrik çeşidinə və genişləndirilmiş təhlükəsizlik sistemləri siyahısına sahib olub.

Mercedes-Benz GLC modelinin təchizatına sensorlu displey və ya sükan çarxındakı taçpadlar vasitəsi ilə idarə edilən MBUX multimedia sistemi daxildir.Multimedia sisteminin displeyi 7,0 və 10,25 düymlük ola bilər. Əlbəttə ki, 12,3-düymlük rəqəmsal cihazlar panelini unutmaq gərək deyil. MBUX sisteminin daha bir cəhəti tamamlanmış reallığı olan naviqasiya sistemidir: ön kameranın hesabına ekrandakı xəritə yol nişanları, evlərin nömrəsi və küçələrin adı ilə tamamlanır.

Yenilənmiş krossover ön fənərlərin forması və tərtibatı, arxa bamperi, səsboğucu sistemin çıxış borularının forması və işıqdiodlarında hazırlanmış arxa fənərlərin qrafikası ilə seçilir. Kuzovun xrom dekoru isə artıq modelin standart təchizatına daxil edilib.

Salonun da tərtibat materiallarına yenidən baxılıb. Artıq GLC modelinin baza versiyası qara lakla örtülmüş və ya ağac dekor elementləri ilə sifariş etmək olar. Müştəri qoz və göyüş ağacından birini seçə bilər. Bundan başqa, krossover CLA sedanından tanış olan taç-panelli multifunksional sükan çarxı ilə də təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Mercedes-Benz GLC krossoverinin mühərrik çeşidinə 197 və 258 at qüvvəsi hasil edən 2,0-litrlik dörd silindrli M 264 benzin turbomühərriki daxil edilib. Bu mühərriklər 10 kilovat və 150 Nm hasil edən elektromotor və 48 voltluq şəbəkə ilə təchiz edilir. OM 654 dizel aqreqatları üç güc variantında təklif edilirlər: 163, 194 və 245. Transmissiya - 9G-Tronic “avtomat” qutusudur.  

Yenilənmiş krossoverin avadanlıq siyahısında bir neçə dincəlmə proqramı təklif edən və Garmin qurğuları ilə birgə çalışan Energizing Coach sistemi, hərəkət rejimləri selektoru, elektronika ilə idarələnən amortizatorları olan asqı, aktiv kruiz-kontrol, həmçinin avtomobili yolda saxlayan, sərbəst şəkildə zolağı dəyişən və təcili xidmətlərin avtomobilləri üçün yolu boşaldan Active Steer Assist sistemi daxil edilib. Bundan başqa, GLC modeli başqa avtomobillər və yol infrastrukturu ilə məlumat mübadiləsi aparan V2X rabitə standartını dəstəkləyir.