Mercedes-Benz şirkəti yeni nəsil CXLA modelinin yeni tizerini dərc edib. Bu dəfə alman istehsalçısı avtomobilin interyerinin bir hissəsini nümayiş etdirib. Xatırladaq ki, yeni nəsil Mercedes-Benz CLA modelinin debütü Las Veqasda keçiriləcək istehlak elektronikasının Consumer Electronics Show (CES) sərgisində baş tutacaqdır.

Videoçarxdan da göründüyü kimi, avtomobil sürücünün hərəkətləri əsasında onun niyyətini anlayan xüsusi sensorlara sahib olub. Bu funksiya, sürücünün əlinin yönəlməsini nəzərə alaraq, avtomatik şəkildə sərnişin tərəfindəki işıqlandırmanı aktivləşdirə bilər. Bənzər funksiya yeni nəsil Mercedes-Benz GLE modelində fəaliyyət göstərir.

Alman istehsalçısı yeni nəsil CLA modelini öz sinifində ən ağıllı və emosional avtomobil olacağını bildirir. Yeni CLA modeli tamamlanmış reallığı və vizual fitnes məşqçisi olan təkmilləşdirilmiş MBUX multimedia sistemi ilə təchiz ediləcəkdir. Mercedes-Benz CLA modelinin ikinci nəslinin təchizatına tam çəkiş sistemi və adaptiv amortizatorlar da daxil olacaqdır.

Bir müddət bundan öncə, Mercedes-Benz yeni modelin eksteryerinin tizerlərini dərc edib. Yeni CLA modeli Mercedes-Benz CLS sedanının üslubunda dizayna və J-şəkilli gündüz hərəkət işıqları olan iti formalı ön fənərlərə sahib olub.