Mercedes-Benz şirkəti yaxın zamanlarda satışa çıxarılacaq yeddi yerli yığcam modeli buraxacağını bildirib. Bu barədə “Automotive News” nəşrinə verdiyi müsahibədə alman markasının marketinq bölümünün rəhbəri Britta Ziger söləyib.

Ziger yeni modelin kompaktven və ya krossover olacağı barədə heç bir məlumat verməyib. O, yeni yığcam modelin hazırlanmasının əsas səbəbi kimi, daima tələbatı artan Çin bazarını göstərib. Yeni avtomobilin öndənçəkişli MFA modul platformasında inşa ediləcəyi də bildirilib. Xatırladaq ki, bu platformada yeni nəsil A-Class hetçbeki inşa edilmişdir. Yaxın gələcəkdə bu platformada ən azı yeddi modelin buraxılacağı gözlənilir.

Bunlar hazırki B-Class, CLA və GLA modelinin yeni nəsilləri,həmçinin yeni GLB krossoveridir. Bundan başqa, Ziger yığcam modellər ailəsinə elektrokarların və avtomobillərin dizel modifikasiyalarının daxil olacağını da bildirib.

Bu Mercedes-Benz şirkətinin dizel mühərriklərindən imtina etməyə hazır olmadığına işarə edir.