Mercedes-Benz şirkəti 2025-ci ilə qədər yeni 10 elektromobili təqdim etmək qərarını qəbulı edib. Bu modellər sırasında BMW i3 modelinin rəqibi olacaq seriya modeli də vardır.

Yeni yığcam elektromobil haqqında təsəvvür yaratmaq məqsədi ilə, istehsalçı Frankfurtda Mercedes Concept EQ A prototipini nümayiş etdirəcəkdir. Bir müddət bundan öncə, alman şirkəti konseptin bir sıra elementləri təsvir edilmiş videotizeri dərc etmişdir. Bu gün Mercedes-Benz şirkətinin mətbuat xidməti konseptin növbəti tizerini yayıb. BMW i3 və Tesla Model 3 modellərinə rəqib olacaq elektromobil cəlbedici formaları olan hetçbekdir.  Bununla belə, dərc edilən tizer elektromobilin arxa hissəsi və iç məkanı barədə mülahizə yürütməyə imkan vermir.

İstehsalçı yeni konsept barədə heç bir texniki məlumat dərc etməyib. Yayınlanmış tizerdən göründüyü kimi, prototipin dizaynı 2016-cı ildə nümayiş etdirilmiş Generation EQ konseptinin üslubunda hazırlanmışdır. Keçən ilki konsept hər oxda biri yerləşdirilmiş iki elektomotorla təchiz edilmişdir. Aqreqatların ümumi gücü 408 at qüvvəsi və 700 Nm fırlanma anı təşkil edirdi. Mühərriklər 70 kilovat-saat tutumu olan litium-ion batareyalardan qidalanırdılar. Generation EQ konseptinin yürüş məsafəsi 500 kilometr təşkil edirdi.

Image alt Image alt Image alt Image alt