Mercedes-Benz şirkəti təqdimatına hazırlaşdığı EQC elektrik krossoverinin növbəti tizerini yayıb. Bu dəfə alman istehsalçısı avtomobilin arxa işıq texnikasını nümayiş etdirib. Son üç ildə üzərində çalışmalar gedən krossoverin təqdimatı 4 sentyabr tarixində Stokholmda keçiriləcək xüsusi tədbirdə baş tutacaqdır.

Dərc edilmiş tizerdə elektrokarın arxa hissəsi təsvir edilibdir. Burada elektromobilin arxa fənərlərini və onları birləşdirən işıqdiodlarından hazırlanmış zolağı görmək olar. Krossover barədə texniki məlumat verilməyibdir.  Yeni krossoverin carçısı olan Generation EQ konsept avtomobili üçuçi hasilatı 408 at qüvvəsi və 700 Nm fırlanma anı olan iki elektrik mühərriki ilə təchiz edilirdi. Gec qurğusu 70 kilovat-saatlıq litium-ion batareyalarından qidalanırdılar. Konseptin yürüş ehtiyatı 500 kilometr idi.

Yeni elektrokrossoverin sınaqları zamanı 90 prototip və 30 seriyaöncəsi modeldən istifadə edilibdir. Onlar, dörd qitədə ümumilikdə milyon kilometrdən çox yol qət ediblər. Elektrokarlar +50 dərəcədən - 35 dərəcəyə kimi temperaturlarda sınaqdan çıxarılıbdərlar. Mercedes-Benz EQC modelinin istehsalına gələn il başlanacaqdır. Artıq elektrokrossoverə öncədən sifarişlər qəbul edilir. İlkin olaraq avtomobili sifariş etmək şansı Norveç sakinlərinə qismət olub.