Mercedes-Benz və Cigarette Racing şirkətləri yaxın zamanlarda yeni sürət qayığının təqdim olunacağını bəyan edərək və onun ilk tizerini yayıb. Qayıq sabah, fevralın 13-də Mayamidə keçiriləcək Boat Show sərgisində nümayiş etdiriləcəkdir.

Tizer, sürət qayığının Mercedes-Benz G-Class ofrouderinin üslubunda dizayna malik olacağına işarə edir. Buna ofrouderin tizerdə əks olunan konturları dəlalət edir. Əlbəttə ki, söhbətin avtomobilin AMG versiyasından getdiyi məlumdur - gəminin və avtomobilin yan tərəflərindəki xarakterik zolaqlar bunun əyani sübutudur. Digər dizayn xüsusiyyətləri arasında Sigarette Racing tərsanəsinə xarakterik olan uzadılmış burun hissəsi və qısa arxa hissədir.

Qeyd etmək lazımdır ki, bu layihə Mercedes-Benz və Cigarette Racing tərəfindən həyata keçirilən ilk layihə deyil. Əvvəllər tərəfdaşlar Mercedes-AMG GT 4-Door Coupe modelinin şərəfinə 41 'AMG Carbon Edition yüksək sürətli qayığı istifadəyə veriblər. Səkkiz yerlik qayıq ümumi hasilatı 1600 at qüvvəsi olan dörd Mercury Racing 400R mühərriki ilə təchiz edilmişdir. Belə qurğu ilə təchiz edilmiş qayıq 72 d'niz milinə (134 km/saat) qədər sürətlənir.