Mercedes-Benz şirkəti gələn həftə işinə başlayacaq Cenevrə avtosalonunda X-Class pikapının ən güclü modfikasiyasını təqdim edəcək. Yeni modifikasiya altı silindrli dizel mühərrikinə və daimi tam çəkiş sisteminə sahib olacaqdır.

Bu günə qədər Mercedes-Benz X-Class yalnız dörd silindrli Nissan mühərrikləri və sərt şəkildə birləşən tam çəkiş sistemi ilə təklif edilirdi. Dəyişən geometriyalı turbokompressora malik olan 3,0-litrlik dizel aqreqatının gücü 258 at qüvvəsi, fırlanma anı isə 550 Nm təşkil edir. Dizel mühərriki yeddi pilləli 7G-Tronic Plus avtomatik ötürmələr qutusu ilə birgə çalışır. yerindən 100 km/saat həddinə pikap 7,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saatdır.

Tam çəkiş sistemi dartma qüvvəsini oxlar arasında 40:60 nisbətində arxa oxun xeyrinə bölür. Transmissiya oxlararası differensialın qapanmasına və azaldıcı ötürmələrə malikdir. Mercedes-Benz X-Class  pikapı üçün 100 faizlik qapanması olan opsional arxa differensialı da sifariş etmək olar. Pikap mühərrikin, transmissiyanın və start-stop sistemlinin beş iş rejimi ilə təchiz edilir. Bunlar komfort, qənaət, idman, əllə idarə və yolsuzluqda hərəkət rejimləridir.

Image alt Image alt Image alt Image alt Image alt