Mercedes-Benz şirkəti Vision Mercedes-Maybach 6 adlı konseptual kupeni rəsmi olaraq təqdim etmişdir. Prototip tamamilə elektrik güc aqreqatı ilə hərəkətə gəlir. Kupe ümumi gücü 750 at qüvvəsi olan dörd ədəd elektromotorla təchiz edilmişdir. Kupe 100 km/saat həddinə dörd saniyədən az bir müddətə sürətlənir. Avtomobilin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılmışdır.

Güc aqreqatı döşəmənin altında yerləşdirilmiş 80 kilovat-saatlıq batareyalardan qidalanır. Akkumulyatorları xüsusi stansiya vasitəsilə, məişət şəbəkəsindən və induksiya üsulu ilə doldurmaq mümkündür. Kupe dolu batareyalarla 500 km məsafə qət etmək iqtiradındadır. Xüsusi qurğu vasitəsi ilə yürüş məsafəsini 100 km artırmaq olar.

Vision Mercedes-Maybach 6 konseptinin qabarit uzunluğu 5700 millimetr, eni - 2100 millimetr, hündürlüyü isə 1328 millimetrdir. Prototip Mercedes Benz S-Class Coupe modelindən 673 millimetr uzun, 201 millimetr enli və 83 millimetr alçaqdır. Konsept “qağayı qanaqları” adlanan qapılarla, 24-düymlük təkər diskləri ilə təchiz edilmişdir.

Kupenin mərkəzi konsolu bir qapıdan digərinə qədər uzanan displeydən ibarətdir. Bununla belə, avtomobil ayrıca yerləşdirilmiş cihazlar panelini də əldə etmişdir.

Proyeksiya sistemi vasitəsi ilə avtomobilin alın şüşəsində bir sıra məlumatlar da əks etdirilir. Konseptin oturacaqlarına quraşdırılmış xüsusi vericilər salondakı temperaturanı və oturacaqların formasını hər bir sərnişin üçün fərdi şəkildə tənzimləyir. Bundan başqa, elektronika sərnişinin paltarına uyğun olaraq işıqlandırmanın rəngini dəyişə bilir.

Əlavə olaraq, Vision Mercedes-Maybach 6 avtonom idarəetmə sistemi və ön tərəfdə yerləşən baqaj bölümündə olan iki çantalar dəsti ilə təchiz edilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt