Pininfarina atelyesi yaratdığı möhtəşəm əsərlər sayəsində adını avtomobil sənayesi tarixinə qızıl hərflərlə yazdırmağı bacarıb. Demək olar ki, yüz il ərzində əfsanəvi italyan atelyesi pərəstiş obyektinə çevrilmiş bir neçə avtomobilləri yaradıb. Bunlara misal kimi, Sigma və Ferrari 458 modellərini göstərmək olar.

Lakin Pininfarina atelyesinin avtomobil simulyatorları yaratdığından xəbəriniz varmı? Bu simulyatorlar uçaqlar üçan deyil, əksinə bir çox böyüklərin arzuladığı bir hədiyyədir. Atelyenin son işlərindən biri olan Leggenda eClassic Simulator aparatı Classic Car Trust (TCCT) şirkəti ilə əməkdaşlıq da yaradılıb və yaxın vaxtlarda onu hərracda satışa çıxaracaqlar. 

Image alt Image alt Image alt Image alt Image alt

Yeni simulyator klassik avtomobili idarə etməyin həyəcanını yaşadır və 1940-cı illərin Cisitalia 202 qrand turerinə bənzəyir (orijinalda iki oturacaq vardı). Silumyatorun salonu Marrone Tobacco rəngindəki Connolly dərisi ilə üzlənib, kuzovu isə tarixi Argento Vivo rənginə boyanıb. “Avtomobilin” üzərində sürücünü dünyanın məşhur yerlərinə aparacaq genişekranlı iri televizor yerləşir.

RM Sotheby's hərracında satılacaq simulyator, Kambianodaki Pininfarina fabrikində əl ilə yığılan doqquz aparatdan birincisidir. Hərrac 17 sentyabr 2021-ci il tarixində baş tutacaqdır. Simulyatorun satışından 164 min dollar əldə etmək planlaşdırılır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.