McLaren komandasının keçmiş pilotu və ikiqat dünya çempionu Mika Hakkinen Red Bull Racing komandasının pilotu Maks Ferstappenin «İlin yarışçısı» adına tam layiq olduğunu söyləyib.

Bu il Maks Malaziya və Meksikada iki qələbəni bayram edib, buna baxmayaraq, gənc hollandiyalı pilotlar birinciliyində altıncı yerlə kifayətlənməli olub. 

«Bu mövsümün əsas simalarından biri məhz Maks Ferstappen olub, - Unibet saytlndakı şəxsi bölümündə Mika bildirib. - Mənim fikrimcə, Maks «İlin yarışçısı» adına layiqdir. Onun çıxışlarını izləmək mənə çox maraqlıdır, çünki onun baxımlı sürüş üslubu heyrətləndirməyə bilməz.

Mövsümün bitməsindən sonra Lyuisin Ferstappenə verdiyi qiymət məni heç də təəccübləndirmədi».