Amerikan Mil-Spec Automotive (MSA) atelyesi Hummer H1 modelinin bazasında inşa edilmiş restomodun beşinci nüsxəsini təqdim edib. Dördqapılı hardtop modifikasiyasının bazasında hazırlanmış ofrouder, hər iki körpünün ARB Air Locker pnevmatik qapanmasına, təkərlərin avtomatik qoldurulması sisteminə və kuzovun kevlar-poliuretan üzlənməsinə sahib olub. 12 nüsxəlik Launch Edition seriyasından olan avtomobilin qiyməti 248691 dollar təşkil edir.

MSA 005 modeli 510 at qüvvəsi və 1355 Nm fırlanma anı hasil edən 6,6-litrlik V8 dizel aqreqatı ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli adaptiv Allison 1000 ötürmə və NV242 paylaşdırıcı qutuları  ilə tandemdə çalışır. Ofrouder 2,56:1 azaldıcı cərgəyə və qapanmalara malik olan təkmilləşdirilmiş orijinal AM General portal körpülərə sahib olub. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ofrouder pnevmatik qapanma və təkərlərin doldurulmasını təmin edən 12-voltluq ARB hava kompressoru, Toyo Open Country M/T təkərləri geşindirilmiş 18-düymlük təkərlər diskləri, Tough Duck parçasından hazırlanmış yumşaq tavan və işıqdiodlarından işıqlandırma bloku ilə təchiz edilib. Avtomobilin salonu tikişləri olan qara dəri ilə üzlənib.