Mitsubishi şirkəti qarşıdan gələn Tokyo avtosalonunda maraqlı bir avtomobili nümayiş etdirəcəkdir. İlk baxışdan qaşımızda rodsterin durduğunu düşünmək olar. Lakin, bu avtomobili tam ötürməyə və əla geometriyaya malik olan krossover-kabrioletdir. Mi-Tech adlandırılmış konsept hər təkərdə quraşdırılmış elektromotorlara malikdir. Elektrik enerjisinin hasil edilməsinə isə kiçik qaztrubin mühərriki cavabdeh olacaqdır.