Həftənin əvvəlində fransız KİV-ləri Mixael Şumaxerin Parisə gətirildiyi və burada gövdə hüceyrələri ilə müalicə ediləcəyini bildirmişdilər. İdmançının nümayəndələri hər zaman olduğu kimi, Mixaelin vəziyyəti barədə məlumat vermirlər və bu dəfə də, ənənəyə sadiq qalaraq, açıqlama verməyiblər.

Məsələyə aydınlıq gətirmək istəyən La Gazzetta dello Sport nəşrinin jurnalistləri bu sahədə aparıcı mütəxəssislərdən biri sayılan Mişel Puko ilə əlaqə saxlayıblar. Xatırladaq ki, Puko 2007-ci ildən, hazırda Mixaelin müalicə qrupuna başçılıq edən Filip Maneşenin ən yaxın həmkarlarından biridir. İtalyan jurnalistlərə müsahibə verən professor yeddiqat dünya çempionu Mixael Şumaxerin Jorj Pompidu adına klinikaya gətirilmə səbəbini açıqlayıb.

O, Parisdə həkimlərin Şumaxerin beyni ilə deyil, ürəyi ilə məşğul olacaqlarını bildirib. Puko, Pompidu klinikasında və ümumiyyətlə Fransada beyin sahəsində çalışan lazımi mütəxəssislərin olmadığını bildirib. “Tibbi kartla yaxından tanış olmadığım üçün müalicənin detalları barədə bir şey söyləyə bilmərəm, - professor söyləyib. – Lakin, bir şeyi dəqiq deyə bilərəm, klinikanın seçilməsi və məlum olanlar, söhbətin beyinlə bağlı olmadığını göstərir. Fransada bu sahədə rəsmi təcrübələr aparılmayıb”.

“Bir sıra hallarda gövdə hüceyrələrindən orqanlardakı soyuqdəymə prosesini aradan qaldırmaq üçün istifadə edilir. Əsasən bu hüceyrələrdən, ürəyi və yaxud müəyyən patalogiyaların, məsələn osteartritin fəsadlarını müalicə etmək üçün istifadə edilir”, - Mişel Puko əlavə edib.

Jorj Pompidu hospitalı

Pukonun sözlərinə görə, bu günə qədər gövdə hüceyrələrindən beynin zədələnməsi zamanı istifadə edilməyib. Eyni zamanda, professor Mixaelin yerləşdirildiyi şöbənin ixtisaslaşması barədə də məlumat verib: “Onlar ilk növbədə soyuqdəymə prosesinin aradan qaldırılması məqsədi ilə ürəyin toxumalarına gövdə hüceyrələrinin vurulması ilə məşğul olurlar. Lakin, hələlik regenerasiya üzrə eksperimentlərdən arzu edilən nəticələr əldə olunmayıb”.

Le Parisien qəzetinin məlumatına görə, Şumaxerin aktiv terapiya kursu cərşənbə günün sonuna kimi davam etdirilməli idi. Sonra isə, pilot İsveçrədəki evinə aparılacaqdı. Cərşənbə axşamı Jan Todt Pompidu hospitalına baş çəkib və içəridə 45 dəqiqə vaxt keçirib.