Britaniyada fəaliyyət göstərən Morgan şirkəti 70 illik fasilədən sonra, ikinci nəsil Plus 4 rodsterini təqdim edib. Yeni rodster 1950-ci illərdən bu günə qədər istifadə olunan polad şassidən imtina edərək, CX alüminium platfomasına keçib. Eyni zamanda, Morgan 2,0-litrlik Ford mühərrikini eyni həcmli BMW turbomühərriki ilə əvəz edib. Ən əsası isə, rodster retro üslubda olan xarici görünüşünü qoruyub.

Zahiri cəhətdən yeni Morgan Plus 4 modelini sələfindən fərqləndirmək çətindir: rodster uzun kapotu, ikiyerli salonu, yumşaq tavanı və uzun çıxıntılı qanadları olan mühafizəkar dizaynı qorumağa müvəffəq olub. Bununla belə, şirkət dizaynerləri ikinci nəsil Plus 4 rodsterinin 97 % yeni hissələrdən ibarət olduğunu iddia edilər.

Morgan Plus 4 rodsteri ingilis markasının uzun ömürlü avtomobili sayılır. Bu ada sahib olan ilk idman avtomobili 1950-ci ildə buraxılıb və rodsterilərin arxitekturası 70 il ərzində dəyişilməz qalıb.

Alüminium platformaya keçid kuzovun möhkəmliyi və burulmalara qarşı sərtliyini artırmağa, həmçinin çəkini azaltmağa imkan verib. Ən maraqlısı isə, göyüş ağacından hazırlanan ənənəvi salon bünövrəsi də qorunub saxlanılıb.

CX alüminium platformada inşa edilmiş rodster üçün, ilk dəfə olaraq, çoxmilli 15-düymlük təkər disklərini sifariş etmək olar.  Qeyri-adi detalı müasir şassiyə uyğunlaşdırmaq üçün dizaynerlər asqılar üzərində yenidən işləməli və xüsusi əyləc mexanizmlərini seçməli olublar.

255 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik BMW tubomühərriki və 8-pilləli “avtomat” ilə  təchiz edilmi. 1009 kiloqramlıq rodster 100 km/saat həddini 4.8 saniyəyə toplayır. Sələfi ilə müqayisədə rodster 2,5 saniyə yeyin olub. Maksimal sürət həddi isə, 240 km/saat həddinə məhdudlaşdırılıb. Rodsteri 6-pilləli mexaniki transmissiya ilə də sifariş vermək mümkündür: bu zaman 0-dan 100 km/saat həddinə sürətlənmə 5,2 saniyə çəkəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salonun dəri və ağacda tərtib edilməsi də qorunub saxlanılıbdır. Bu işlər əvvəlki kimi əl ilə aparılır. Cihazlar panelinin göstəriciləri  analoq şkalalarında göstərilir. Sükanaltı dəstəklər, kondisioner və oturacaqların qızıdılması kimi opsiyalar müasir texnologiyalardan xəbər verir.

İngiltərədə yeni Morgan Plus 4 rodsterin sifarişlər artıq qəbul olunur: baza təchizatlı Morgan Plus Four modeli 62,995 funt sterlinqə satılacaqdır. Yeni rpdsterlərin satışlarına ilin ikinci rübündə başlanacaqdır.