Yaponiyada Mugen Shinden Go elektrobaykının beşinci nəslinin rəsmi təqdimat mərasimi keçirilmişdir. İlk baxışdan motosikletin uğradığı dəyişikliklər nəzərə çarpır. Bunlar aerodinamik parçaların yenilənmiş dəsti və daha yığcam ötürmə mexanizmidir. Bu faktorların cəmi elektrik mühərriki ilə hərəkətə gələn motosikletin aerodinamikasına müsbət təsir göstrəmişdir. Mühəndislər bölməsinin qarşısında qoyulmuş əsas məsələ motosikletin alın tərəfdən olan aerodinamik müqavimətinin azaldılması olmuşdur.

Mugen Shinden Go elektrobaykının konstruksiyasında çoxlu sayda karbondan hazırlanmış detallardan istifadə edilmişdir. Bunların sırasında mono şassi, qollu asqı və yenilənmiş nazim çarx da vardır. Həmçinin, monosikletin mühərrikinin 10 kilovatt əlavə güc də əldə etdiyi söylənilir.

Migen Shinden Go elektrobaykının yağ ilə soyudulan üçfazalı mühərrikinin gücü 120 kVt (163,2 at qüvvəsi), fırlanma anı isə 210 Nm təşkil edir. Elektromotor litium-ion batareyadan qidalanır.

Motosikletin ümumi çəkisi 250 kiloqramdır. Xatırladaq ki, bu il Yaponiyada elektrobaykların TT Zero 2016 adlı yarışları keçiriləcəkdir.

Mugen Shinden Go bayklarında Mugen komandasının pilotları Con MakGinnes və Bryüs Ansti çıxış edəcəkdir.