Mulliner atelyesi adının açıqlanmasını istəməyən çinli müştərisinin sifariş etdiyi eksklüziv Bentayga Hybrid modelini təqdim edib. Krossover, naxışlarının yaradılmasına 44 saat sərf olunan dəbdəbəli interyerə malikdir. Eksklüziv krossover aprel ayında keçiriləcək Şanxay avtosalonunda ictimaiyyətə nümayiş etdirildikdən sonra müştəriyə göndəriləcəkdir.

Unikal Bentley Bentayga Hybrid modelinin kuzovu, 2015-ci ilin konseptual EXP 10 Speed 6 kupesi üçün hazırlanmış Viridian adlı tünd zümrüd rənginə boyanıb. Mütəxəssislər xüsusi lak-boya örtüyünə kəhrəba və qızıl hissəciklərini əlavə ediblər.

Rəng təsadüfən seçilməyib: Mulliner atelyesi Çin mədəniyyətində yaşıl rəngin "təmizliyi, yenidən doğuşu, ümidi, harmoniyanı və böyüməni" tərənnüm edir. Buna görə, 22-düymlük Mulliner Driving yüngül lehimli təkər disklərinin daxili səthlərini də yaşıl rəngə boyayıblar.

Bentayga modelinin salonu, 100 metrdən çox iplik və təxminən 44 saat əmək sərf edilmiş ağ rombşəkilli naxılışı olan Cumbrian Green rəngli əsl dəri ilə örtülüb. Rombşəkilli naxışlar qapı kartlarını, oturacaqların kürək həssələrini, ön panelin xüsusi emal edilmiş şpondan hazırlanmış dekorunu, habelə ingilis Cumbria Crystal şirkəti tərəfindən büllurdan hazırlanan şampan qədəhlərini bəzəyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qədəhlərin saxlaınması üçün xüsusi bölmə arxa oturacaqların arasındakı mərkəzi konsolda quraşdırılıb. Bölməyə şüşələri soyutmaq üçün işıqlandırılan soyuducu da inteqrasiya olunub.

Bentley Bentayga Hybrid modeli tərkibinə 3,0-litrlik V6 biturbo mühərriki, 128 at qüvvəli elektromotor və 17,3 kilovat-saatlıq batareya daxil olan hibrid güc qurğusu ilə təchiz edilir. Hibrid qurğunun ümumi hasilatı 450 at qüvvəsi və 700 Nm fırlanma anı təşkil edir. Hibrid krossover 100 km/saat həddini 5,5 saniyəyə toplayır və 254 km/saat a qədər sürətlənir.