Bu günlərdə Sotheby’s hərrac evinin Nyu-Yorkda keçirilən hərraclarında nadir Ferrari 250 GT LWB California Spider Competizione Scaglietti modeli 17,99 milyon dollara satılıb. Bu avtomobil 1959-cu ildə xüsusi olaraq yarışlar üçün hazırlanmış və “Le Manın 24 saatı” marafonunda öz sinifində üçüncü, ümumi birincilikdə isə beşinci yeri tutmuşdur.

Satılan nüxsə “1451 GT” nömrəli şassiyə malikdir.Bu model, tamamilə alüminiumdan hazırlanmış kuzova malik olan səkkiz belə avtomobildən biridir. Avtomobil yarış spesifikasiyasına uyğun olaraq inşa edilmiş və 266 at qüvvəsi hasil edən 3,0-litrlik V12 mühərriki ilə təchiz olunmuşdur.  Son 10 ildə avtomobil bir neçə dəfə sahibini dəyişmiş, klassik avtomobillərin yarışlarında və zəriflik müsabiqələrində iştirak etmişdir.

2008-ci ildə avtomobil onun orijinal şassiyə, mühərrikə, ötürmələr qutusuna və arxa differensiala sahib olduğunu təsdiqləyən Ferrari Classiche sertifikatını alıb.

2010-cu ildə Motion Products şirkətinin mütəxəssisləri avtomobilin tam bərpasını həyata keçirərək, onun orijinal le man livreyasını da bərpa ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt