İki illik konveyer həyatı yaşayan on üçüncü nəsil Ford F-150 pikapı gözlənilmədən yeniləməyə məruz qalıb. Restaylinq keçmiş pikapın rəsmi təqdimatı bu günlərdə Detroyta keçirilən NAIAS 2017 sərfisində baş tutmuşdur. Ford şirkətinin məşhur pikapı belə bir tez zamanda yenilənməsi bir çoxlarında təəccüb hissi yarada bilər.

Lakin, heç bir hərəkət səbəbsiz deyildir. İş orasındadır ki, yenilənmədən sonra Ford F-150 pikapı iki yeni benzin mühərrikinə və diqqət, modelin tarixində ilk dəfə olaraq dizel güc aqreqatına yiyələnmişdir. Düzdür, sonuncu mühərrik il yarımdan sonra quraşdırılmağa başlayacaqdır. Qeyd etmək lazımdır ki, zahiri cəhətdən pikap cüzi dəyişikliyə məriz qalmışdır ki, necə deyərlər bu dəyişiklik avtomobilin radiator barmaqlığının «başında çatlamışdır».

Yenlənmiş F-150 pikapı, mühərrikindən və variantından asılı olmayaraq, standart olaraq 10 pilləli avtomatik ötürmələrə qutusu ilə təchiz ediləcəkdir. Bundan əlavə, pikapın avadanlıq siyahısına tam dayanma və yenidən hərkətə başlama funksiyası olan adaptiv kruiz-kontrol, piyadaları aşkarlayan avtomatik əylənmə sistemi və şəxsi Wi-Fi giriş nöqtəsini yaratmaq imkanı verən 4F-modem də daxil edilmişdir. Ford nümayədələri növbəti dəfə F-150 pikapının bu janrın sərhədlərini genişləndirdiyini iddia edirlər. 

Birinci iki il ərzində yeni pikap Ford şirkətinin müştərilərini artırmağa müvəffəq olmuşdur. Bu səbəbdən də tez-tələsik yenilənmənin aparılması müəmmalar doğurur. Sirr deyildir ki, F seriyasından olan avtomobillər amerikalı istehsalçının satışının üçdə birini təşkil edir və onun gəlirinin yarısından çoxunu təmin edir. Amma deyəsən burada «sualtı daşlar mövcuddur». Bloomberg agentliyinin ehtimallarına görə, F-150 modelinin bir sıra variantları heç də şirkətin yanacaq qənaəti və zərərli tullantılar sahəsindəki siyasətinə müsbət nəticələr bəxş etmir. 2011-ci ildə qəbul edilmiş dövlət proqramına əsasən 2025-ci ilə yanacaq sərfiyyatı normalarının 35% sərtləşəcəyi gözlənilir. Aralıq mərhələdə (2016 - 2021-ci illər) belə qəbildən olan avtomobillər100 kilometrə 12,4 litr yanacaq sərf etməlidirlər. 

Bloomberg agentliyinin verdiyi qiymətə görə satılmış F-150 modellərinin 40% bu tələblərə cavab vermir. Ford şirkəti isə ortalama yanacaq sərfiyyatının bütün model qamması üzrə hesablandığının və bu sahədə problemlərinin olmadığını iddia etmişdir. Çox güman ki, F-150 modelinin kütləvi satışları belə xırdalıqları maraqlı edir. Çox güman ki, elə bu səbəbdən də keçən ilin payızından pikap yanacağın qarışıq çilənməsi və yeni turbokompressorlu 375 at qüvvəli 3,5-litrlik altı silindrli mühərriklə təchiz edilməyə başlamışdır. İndi isə Detroytda pikapın 3,5-litrlik standart atmosfer V6 mühərrikinin əvəzinə 282 qüvvəli və daha qənaətcil 3,3-litrlik V6 mühərriki ilə təchiz ediləcəyi elan edilmişdir.   

Əlavə olaraq, pikapın mühərrik çeşidinə 325 at qüvvəli 2,7-litrlik V6 EcoBoost mühərrikinin qarışıq çiləmə ilə təchiz edilmiş «ikinci nəslinin» də daxil edildiyi bildirilmişdir. Yenilənmədən nəsibini 385 at qüvvəli 5,0-litrlik V8 mühərriki də almışdır. Eyni zamanda, pikapın bütün modifikasiyaları start-stop sistemi ilə təchiz ediləcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt